AQTA Xaçmazda pivə istehsalı müəssisəsini cərimələndi - FOTO

AQTA Xaçmazda pivə istehsalı müəssisəsini cərimələndi - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

 

Qurumun mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Xaçmaz rayonu, Qaraqurdlu kəndində fəaliyyət göstərən, “Marşal-Xaçmaz” MMC-yə məxsus pivə istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, müəssisədə temperatur rejiminə əməl olunmadığı, anbar sahəsində saxlanılan xammal məhsullarının antisanitar şəraitdə saxlanıldığı və digər nöqsanlar müəyyən olunub.

 

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilmiş nümunələrdə koliform bakteriyaları aşkarlanıb.

 

Qanunvericiliyin tələblərinə uyğun olaraq istehlaka yararsız məhsullar məhv edilib.


OXŞAR XƏBƏRLƏR

Bütün sosial ödənişlər bu tarixdə veriləcək - RƏSMİ

Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

"Avtobus və metroda gedişhaqqı çevik və diferensial olmalıdır" - İqtisadçı

“Azərbaycanda, nəhayət ki, sərnişindaşıma nəqliyyatının, heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir. Azərbaycan Dəmir Yolları bilet ...

“Biz bütün planlarımızı reallaşdıracağıq” – VİDEO

“Ölkə başçısı İlham Əliyevin dünən parlamentdə söylədiyi fikirlər Azərbaycan ana siyasətinin əsas məğzidir. Ölkə başçısı parlamentarilərin daha fəal olmas...

Qadın iş başında qəfil ÖLDÜ

Siyəzən rayonunda qadın iş yerində vəfat edib.   Sfera.az  xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Siyəzən şəhərinin ərazisin...

Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər göndərildi

Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə dərsliklər göndərib.   Sfera.az xəbər ...

Bu ölkədə meymunçiçəyinin yeni növü AŞKARLANDI

Hindistanda meymunçiçəyinin yeni növü aşkarlanıb.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Clade 1b” adlanan bu yeni variant&...