PAŞA Holding-in dəstəyi ilə həyata keçirilən festival başa çatdı! - FOTOLAR

PAŞA Holding-in dəstəyi ilə həyata keçirilən festival başa çatdı! - FOTOLAR

PAŞA Holding-in dəstəyi ilə 3 ayı (Avqust - Oktyabr) əhatə etmiş multidisiplinar festivalın əsas məqsədi həssas qrupu - valideyn(lər)ini itirmiş, əlilliyi olan, məcburi köçkün, məişət zorakılığından əziyyət çəkmiş və s. təmsil edən qadınların dayanıqlı təşəbbüslərini və sahibkarlıq fəaliyyətini dəstəkləmək, onların sosiuma reinteqrasiyasını sürətləndirmək, həmçinin, mövcud fəaliyyətlərin davamlılığının təmin olunması üçün bilik və bacarıqlarının artırılması ilə yanaşı dəstək mexanizmlərinin genişləndirilməsinə təkan verməkdir.

 

14-15 oktyabr tarixlərini əhatə edən festivalın ilk günündə Gender Hub Azerbaijan sosial platformasının həmtəsiscisi və icraçı direktoru Məryəm Məcidova, KOBİA sədri Orxan Məmmədov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld OBE, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, AQSİA sədri Səkinə Babayevanın açılış nitqləri ilə başlayıb. Daha sonra rəsmilərin iştirakı ilə keçirilmiş mərasimdə sahibkar qadınlar sertifikatla təltif olunmuşdur.

 

Festival günlərində “Qadınlar Qadınlar üçün” və “Qadınlar Biznesdə” mövzuları üzrə qonaqların çıxışları da baş tutub. Biznes kouç Sevda Əliyeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Natəvan Məmmədova, Radio/ TV aparıcısı Nərmin Knyaz, psixoloq Gülnarə Əkbərova, VarYox platformasının həmtəsiscisi Sitarə İbrahimbəyli və tarixçi İradə Qədirovanın çıxışları həm festivalın iştirakçılarına, həm də sahibkar qadınlarına ilham olmuşdur. Qeyd edək ki, festivalda 11 oktyabr - Beynəlxalq Qız Uşaqları Günü ilə əlaqəli guşə yer alıb.

 

Ümumilikdə, festival boyunca 80 həssas qrupa mənsub sahibkar qadına həm bizneslərini professional şəkildə inkişaf etdirərək brendlərini yüksək keyfiyyətə çatdırmaq, həm də sonda 2000 nəfər alıcı kütləsinin cəlb olunması ilə 2 gün ərzində keçirilmiş satış sərgisində öz məhsullarını satmaları üçün imkan yaradılmışdır.


OXŞAR XƏBƏRLƏR

Bakıda və bu rayonlarda külək güclənəcək - SARI XƏBƏRDARLIQ!

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq ver...

Bütün sosial ödənişlər bu tarixdə veriləcək - RƏSMİ

Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

"Avtobus və metroda gedişhaqqı çevik və diferensial olmalıdır" - İqtisadçı

“Azərbaycanda, nəhayət ki, sərnişindaşıma nəqliyyatının, heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir. Azərbaycan Dəmir Yolları bilet ...

“Biz bütün planlarımızı reallaşdıracağıq” – VİDEO

“Ölkə başçısı İlham Əliyevin dünən parlamentdə söylədiyi fikirlər Azərbaycan ana siyasətinin əsas məğzidir. Ölkə başçısı parlamentarilərin daha fəal olmas...

Qadın iş başında qəfil ÖLDÜ

Siyəzən rayonunda qadın iş yerində vəfat edib.   Sfera.az  xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Siyəzən şəhərinin ərazisin...

Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər göndərildi

Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə dərsliklər göndərib.   Sfera.az xəbər ...