Putin Çinlə danışıqlar aparacaq - Masada nələr var?

Putin Çinlə danışıqlar aparacaq - Masada nələr var?

Rusiya prezidenti Vladimir Putin Pekinə iki günlük səfərə gəlib.

 

Sfera.az “TASS”a istinadən bildirir ki, səfər Çin prezidenti Si Cinpinin dəvətindən sonra baş tutub.  Rusiya liderinin Pekində iki gün - oktyabrın 17 və 18-də olacağı bildirilib.

 

“Rusiya prezidentinin iş qrafiki çox gərgindir. Putin səfərinin ilk gününü əsasən “Bir kəmər - bir yol” Üçüncü Beynəlxalq Forumunda iştirak edən həmkarları ilə ikitərəfli görüşlərə həsr edəcək. Bundan əlavə, Rusiya lideri çərşənbə axşamı Çinin sədri Si Cinpin və xanımı Penq Liyuan, “Bir kəmər, bir yol” forumunda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə rəsmi görüş mərasimində iştirak edəcək. Forumun əsas tədbirləri oktyabrın 18-də Tiananmen meydanındakı Böyük Xalq Zalında baş tutacaq. Onun açılış mərasimində Putin iştirak edəcək”.

 

Məlumata görə, sabah Rusiya-Çin danışıqları baş tutacaq: “Bundan sonra Putin forum çərçivəsində bir sıra ikitərəfli görüşləri davam etdirəcək. O, Çinə səfərinin sonunda rusiyalı jurnalistlərlə görüşəcək və səfərin yekunları barədə danışacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Cəlilabadda balıqların kütləvi ölümü: araşdırma aparılır

Cəlilabad rayonunun Pərdi kəndi ərazisində göllərdən birində balıqların kütləvi ölümü qeydə alınıb.   Sfera.az Report-a istinadla xəbər verir ki...

Bu ərazilərdə qaz kəsiləcək

Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.    Sfera.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat y...

Bakıda daha 3 ünvanda minib-düşmə yerləri yaradıldı

Bakı şəhərində daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüst...

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib - FOTO

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni sosial media hesabında məlumat verib.   Z...

İranın diplomatik oyunu: Rusiya və Çinlə strateji müttəfiqlik

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, sabah Tehranda İran, Rusiya və Çin nümayəndələrinin iştirakı ilə mühüm üçtərəfli görüş keçiril...

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı ABB-ni ölkə üzrə “İlin ən yaxşı rəqəmsal bankı” seçib. Bu, Londonda keç...