“Qəzza zolağından təxliyyə edilənlərə məcburi köçkün statusu verilə bilər” - Ekspert

“Qəzza zolağından təxliyyə edilənlərə məcburi köçkün statusu verilə bilər” - Ekspert

İsrail-Fələstin müharibəsi bölgədə yaşayan vətəndaşlarımızın Azərbaycana təxliyə mövzusunu aktuallaşıb.

 

Maraqlıdır, ölkəyə təxliyə ediləcək vətəndaşlarımız yaşayış yeri problemi ilə qarşılaşarsa, bu məsələ necə yoluna qoyulacaq?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə hərbi təcavüz səbəbindən ölkəyə gəlmiş soydaşlarımıza məcburi köçkün statusunun verilə biləcəyini deyib:

 

"Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən, başqa ölkədəki daimi yaşayış yerini hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər.

 

Məcburi köçkün statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: haqq ödəmədən müvəqqəti yaşayış yerinə getmək və əmlakını aparmaq, müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlilliyi olan şəxslərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada lazımi dərman və tibb yardımı almaq, təhsil almaq,  yaşayış məntəqələrində daimi yaşayan vətəndaşlarla eyni əsaslar üzrə ərzaq və sənaye malları almaq, dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiyaçıların və əlilliyi olan şəxslərin xüsusi sosial təminat müəssisələrində ilk növbədə yerləşdirilməsi. Bu qanunla müəyyənləşdirilmiş müddətdə qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almaq, dəymiş maddi və digər ziyanın ödənilməsi məsələsini qaldırmaq, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək, əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ var".

 

Hüquqşünas məcburi köçkünlərin yerləşdirilməsi işinin müvafiq icra hakmiyyəti orqanı tərəfindən həyata keçiriləcəyini deyib. T.Abdullazadə belə şəxslərə 10 il müddətinə torpaq sahəsinin ayrılacağını da sözlərinə əlavə edib:

 

"Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) arzusu ilə ona on il müddətinə məqsədli faizsiz ssuda, habelə yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə və qaydada istifadəsi üçün torpaq sahəsi verilir. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) mənzil və ya ev satın-alarkən əməliyyatlar notarial rüsumlar ödənilmədən icra edilir".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edənlər saxlanıldı

Sosial şəbəkədə vətəndaşlara ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər tutulub.   DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan&...

BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yaydı

Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 5-6 dekabr tarixlərində Bakı şəhərində “Qay...

"Türkiyə ilə müttəfiqliyimiz Rusiya və İranı narahat edir" - ŞƏRH

Son günlər Rusiya və İranın Azərbaycana qarşı siyasi təxribatları əsas müzakirə obyektlərindən biridir. Ötən gün Prezident İlham Əliyev də bu istiqamətdə yerli ...

Azərbaycanın futzal millisinin seçmə mərhələ oyunları üçün ilkin heyəti bəlli oldu

Avropa çempionatının ilkin mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.   Bu barədə Sfera.az-...

Qəbələ sakini tapdığı avtomatı polisə təhvil verdi - FOTO

Polis əməkdaşkarının vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdir...

Cəbrayılda "Mitsubishi" aşdı - Ölən və yaralananlar var

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə ötən gün Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunu...