“Putinin rəqibi yoxdur, ola da bilməz” - Peskov

“Putinin rəqibi yoxdur, ola da bilməz” - Peskov

“Vladimir Putinin ölkədə rəqibi yoxdur, ola da bilməz”

 

Sfera.az “RİA Novosti”yə istinadən bildirir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

 

O, prezident seçkiləri ilə bağlı sualları cavablandırıb. “Putin seçkilərdə iştirakla bağlı qərarını hələ açıqlamayıb. O, 2023-cü ilin sonuna qədər namizəd olub-olmayacağına qərar verəcəyini bildirib”, deyə Peskov əlavə edib.

 

O, qeyd edib ki, Putin Rusiya Federasiyasında bir nömrəli siyasətçi və dövlət xadimidir.

 

Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü ilin martında keçiriləcək.

 

Günay


OXŞAR XƏBƏRLƏR