Bir çoxlarının heç vaxt eşitmədiyi insanlıq ayıblarından biri - Ruanda soyqırımı

Bir çoxlarının heç vaxt eşitmədiyi insanlıq ayıblarından biri - Ruanda soyqırımı

Dünyadakı bütün Avropa ölkələrinin son zamanlar haqqında danışdığı ortaq məsələ münaqişələr nəticəsində Qərbə sığınmağa çalışan qaçqınlar problemidir. Qaçqın dediyimiz qrupu təşkil edən kütlə də insanlardan ibarətdir, təbii ki : Fransada, Almaniyada, İngiltərədə olduğu kimi. Söhbət avropalılardan və digər inkişaf etmiş ölkələrdən gedirsə, müqayisə üçün nümunə göstərilə biləcək ən ağrılı hadisələrdən biri də Ruanda soyqırımıdır. Ruanda qətliamı insanları imperializmin maraqlarına, ağ-qara ayrı-seçkiliyinə, hətta qaradərililərin öz aralarında burun və bədən quruluşuna görə ayrı-seçkiliyə məruz qalmasını və bu ayrı-seçkiliyin nəticələrini ən sərt şəkildə ifşa edən hadisədir.


Üstəlik, bu hadisə 1800-cü illərdə də yox, 1994-cü ildə baş verir. Belə demək mümkünsə, elə bil dünən.


Çox təəssüf ki, dünyaya insanlıq dərsi verməyə çalışan imperialist ölkələrin vətəndaşları başda olmaqla, bir çoxları indinin özündə də bu soyqırımdan xəbərsizdir.

 

Sfera.az Ruanda qətliamı haqqında yazı təqdim edir.

Ruanda Afrika qitəsinin mərkəzi hissəsinin şərqində yerləşən, dənizə çıxışı olmayan bir ölkədir. Ölkənin sərhəd qonşuları Uqanda, Tanzaniya, Burundi və Konqo Demokratik Respublikasıdır. Paytaxtı Kiqalidir.


Ruanda əhalisi haqqında bilməli olduğumuz ən ilk məqam, əhalinin etnik qrupların tərkibidir. Burada: 90% hutu,9% tutsi, 1% Prigmilərdir.

 

Prigmilər yaşayış sahəsi və mədəniyyət baxımından digərlərindən fərqli olsalar da, o günə qədər bir yerdə yaşayan tutsilər və hutular bir-birindən çox da fərqlənmirdilər.


Qırğın səbəbkarları: Hutu və Tutsi münasibətləri
 

Afrika siyasətində hökmdarları və idarəçiləri bir-birindən ayırmaq siyasəti yürüdən belçikalılar irrasional meyarlarla insanları tutsi və hutulara böldülər. Tutsilərin daha incə olduqları iddia edilirdi və insanlar uzun boylu, gözəl görünüşlü insanları tutsilər kimi təsnif edirdilər. İlk vaxtlar belçikalılar tutsi xalqına böyük hörmət bəsləyir, onlara imtiyazlar verirdilər. Bu dəstəyi verməklə, tutsiləri alət kimi istifadə edərək, həyatın hər sahəsində Hutulara zülm edirdilər.
 

Az olan daha çox əzməlidir şüarı ilə uzun müddət Hutulara zülm etdikdən sonra 1950-ci illərdə Hutuları dəstəkləməyə başladılar. Təbii ki, bu qəfil dönüş 1890-1950-ci illərdə zülmə məruz qalan hutuların bu dövrdə onlara edilən haqsızlıqların qisasını almaq fikrini ortaya çıxardı. Artıq hakimiyyət hutulara məxsus idi. 60 illik zülmün yaratdığı düşmənliyə məruz qalanlar isə əhalinin 9%-ni təşkil edən tutsilər olub. Yəni hutu-tutsi deyə bir şey yox idi, sadəcə belçikalılar öz maraqları naminə insanları bir-birinə qırdırır, düşmənə çevirirdilər.
 

1950-ci ildən sonra Hutulara dəstək verildikdə, ilk “intiqam” həmləsi 1959-cu ildə gəlib. Belçikanın dəstəyi ilə üsyana çıxan Hutular iyirmi minə yaxın tutsiləri qırıb. Təəssüf ki, bu rəqəm yalnız başlanğıcdır. Hadisələrdən qaçan iki yüz min insan ətraf ölkələrin düşərgələrinə qaçıb. Ruanda 1962-ci ildə müstəqillik qazanıb. Hakimiyyətə gələn Hutu Hökumətinin ilk işi tutsilərin hüquqlarını məhdudlaşdırmaq olub. Bu dəfə rollar dəyişir, tutsilər cəmiyyətin hər yerindən kənarlaşdırılır, hüquqları məhdudlaşdırılır. Hökumət hətta Tutsi vətəndaşlarına “Qarafatma” deyir. Bir çox tutsi mühacirət edərək, ətraf ölkələrə sığınır.
 

Tutsilər yaxşı təhsilli olduğu üçün; Uqanda, Tanzaniya kimi sığındıqları ölkələrin idarəçiliyində yüksək vəzifələrə çatırlar. Sürgündə olan tutsilər öz ölkələrinə qayıtmaq üçün “Ruanda Vətənpərvər Birliyi” (RYB) qurur. Dövlət tərəfindən əzilən xalq dövlətə qarşı partizan müharibəsinə başlayır. RYB silahlanıb və 1990-cı ildə hökumətlə silahlı mübarizəyə girib. Vətəndaş müharibəsi 1992-ci ilə qədər davam edir. Silahlı mübarizə 1992-ci ildə başa çatır. Problem indi siyasi mühitdə həll olunacaqdı.
 

Ultra-millətçilər: Interahamwe


Dövlətə qarşı silah tutan tutsilərin silahlı qanadı olan RYB silahlarını yerə qoydu və hamı bunun qansız bitəcəyini düşünürdü. Amma təbii ki, bunu istəməyənlər də var idi. Bu problemin köklü şəkildə həll edilməsi lazım olduğunu düşünən ifrat millətçi hutular “İnterahamwe” adlı yarımhərbi təşkilat qurub. Onlar ölkənin hər yerində təşkilatlanaraq bütün tutsiləri və müharibə əleyhdarı hutuları və
tutsiləri qeydiyyata alıb.

Interahamwe artıq hazır hesab olunurdu. Ordudakı hutu zabitləri də milislərə təlim keçiblər. Ölkənin iqtisadiyyatı pis olduğundan odlu silah əldə etmək asan deyildi. Elə buna görə də Çindən hər biri 50 sentə yüz minlərlə kəsici alətlər sifariş edilib. Lakin bu, Interahamwe milisləri üçün hələ də kifayət deyildi və kifayət qədər bıçaqları olmayanlara iti çubuqlar verildi. İndi bir qığılcımın yanğın başlayacağı gözlənilirdi.
 

Gözlənilən qığılcım gəldi
 

Qırğın üçün hər şey hazır idi. Qatillər öz yollarını cızmışdılar: Hamı öldürülməli idi!
 

Hamı qırğın üçün bəhanə gözləyirdi və o da gəldi. 6 aprel 1994-cü ildə paytaxt Kiqalada Ruanda prezidenti olan Hutuya məxsus təyyarə vuruldu. Təbii ki, ölkədə xaos hökm sürürdü. Bu xaosun faydalı olacağını təxmin etmək o qədər də çətin deyil.
 

Terror günü: 6 aprel 1994-cü il
 

Aprelin 6-da dünya tarixinin ən qanlı günlərindən biri baş verdi. Ölkənin rəsmi dövlət radiosunda edilən qırğın çağırışı ilə irqçi hutular əvvəllər müəyyən etdikləri bütün tutsiləri, xüsusilə də təhsilli tutsiləri qırmağa başladılar. Pulu olan tutsilər bir ödəniş qarşılığında odlu silahla öldürülməyi seçə bilərdilər. Pulu olmayanlar pala, bıçaq və daşla zərbələr vurularaq öldürülüb. Artıq yorulan hutular qaçmamaq üçün, dincələrək tutduqları tutsilərin vətərlərini kəsirdilər. Bu, qırğınların ilk günü idi. Amma hələ də tutsilərin ümidi var idi, çünki ölkədə sülhü təmin etmək üçün gələn BMT əsgərləri var idi. Yeganə ümid onlara qalmışdı. Təbii ki, onları bu vəziyyətə gətirənlərin etibar edə biləcəkləri adamlar olduğunu bilmirdilər...
 

Hər kəsi düşündürən sual: Harda qaldı hökumət, BMT?
 

Hökumət qanadı hadisələrə müdaxilə etməyib, hətta göz yumub. Ordu hətta hücum edənləri silahla təmin edirdi. Tutsilər hökumətdən heç bir fayda gəlməyəcəyini anlayanda yeganə ümidləri BMT idi. Burada bütün dünya o demokratik, humanist Avropanın üzünü görəcəkdi. Hadisələrdən əvvəl Ruandada yerləşən BMT komandirləri Baş Katibliyi qətliamla bağlı xəbərdarlıq edib və ehtiyat tədbirlərinin görülməsinin vacibliyini bildiriblər. Amma Baş Katiblik hadisələrə müdaxilə etməkdənsə, müşahidə aparmaq tapşırığını verib. Qırğın zamanı Ruandada təxminən 2500 BMT əsgəri var idi. Amma hadisələrdə 10 Belçika əsgərinin öldüyünü bəhanə edərək, BMT Təhlükəsizlik Şurası əsgərlərin sayını 240-a endirməyə qərar verib. Yəni BMT insanları öz cəlladlarına təslim edirdi.


“İnterahamve”nin qorxduğu yeganə qüvvə olan BMT-nin sülhməramlı qüvvəsi getdi, qırğın şiddəti insan ağlının təsəvvür edə bilməyəcəyi səviyyələrə çatdı. Artıq ölkədə meyit qoymağa yer qalmamışdı. Ölkədəki Kaqere çayından bir gündə altmış min nəfərin cəsədi sahilə çıxıb. Bu, sadəcə, sahilə çıxanların sayıdır. Təsəvvür edin, dünənə qədər nahar edib söhbət etdiyin qonşun səhər oyananda əlində balta ilə səni doğramağa gəlir. Ac heyvanlar şəhərdəki meyitləri yemək üçün şəhərə enirdilər. Hutular o qədər qorxdular ki, itlərin cəsədləri yeməsinə qəzəbləndikləri üçün xeyli sayda iti öldürdülər. Radiolar “Böcəkləri məhv et!” elan verirdi…
 

1948-ci ildə imzalanmış müqaviləyə görə, ABŞ və Fransa soyqırımının baş verdiyi bölgələrə müdaxilə edəcəklərini vəd etsə də, hər ikisi buradakı qırğına görə məsuliyyətdən yayınırlar. BMT və Avropa dövlətləri müdaxilə etməmək üçün bu qətliamı soyqırım kimi qələmə vermirlər. Beləliklə, ölənlərin sayı 600 minə yüksəlir. RYB Tutsiləri xilas etmək üçün yenidən silahlanır. Yenə də Tutilər üçün yeganə xilas yolu RYB partizanları olur.
 

Fransa bu xilas yolunun qarşısını kəsir. Necə?
 

Tutsiləri xilas etmək üçün ölkənin şərqindən başlayan RYB, topladığı Hutularla birlikdə qırğınların mərkəzi olan paytaxt Kiqaliyə doğru irəliləyirdi. Hətta qətliamda iştirak etməyən hutulara irəliləyərkən toxunulmadığı da deyilir. Təbii ki, bunun tamamilə doğru olduğunu söyləmək olmaz. Ölkədə tutsilərin vəziyyəti yaxşılaşan kimi Fransa qərar verdi. İndiyə qədər ölənlər üçün barmağını belə tərpətməyən Fransa birdən “Ruandada qırğın və soyqırım var və biz bunu dayandıracağıq” deyir və ölkənin qanuni hökuməti olan Hutu gücünə silah yardımı edir. Bu, yanlış tərəfə və yanlış səbəblərə kömək edir. Bu da azmış kimi ölkənin qərbinə qoşun yeridən Fransa, ərazini öz nəzarəti altına alıb. Bu bölgəyə TÜRKÜVAZ deyirlər. RYB-nin bura girməsinə icazə verilməsə də, qırğının içəridə davam etməsini təmin edir. Fransanın himayəsi altında qırğın davam edir. Tutsilərə son zərbəni Fransa vurur.


RYB yavaş-yavaş şəhərləri və insanları xilas edirdi. Hər halda hutu milisləri daha öldürməyə Tutsi tapa bilmədiklərinə qəZəblənərək, artıq ölü tutsi qadınlarını zorlayırdılar. Nəhayət, BMT Təhlükəsizlik Şurası, qırğın başladığı 6 apreldən 2 ay sonra, iyun ayında Ruandada qətliam olduğunu qəbul edib və Ruanda üçün görüşməyə qərar verdi. Görüşlərdə bölgəyə göndəriləcək sülhməramlıların xərcləri geniş müzakirə olunub. Görüşlər zamanı Fransa hadisələrin soyqırım olmadığını və bu problemin hökumətə dəstək verməklə həll oluna biləcəyini müdafiə edib.

Hökumət idarəçiləri, Interahamwe üzvləri və təxminən 3 milyon Hutu xalqı öz yerlərini tərk edərək ətraf ölkələrə sığındılar. Hadisələr iyulun ortalarında sakitləşir. Hadisələrin üstündən 100 günə yaxın vaxt keçmişdi. Bu 100 günün nəticələri tam bir fəlakət idi.

RYB-nin irəliləməsi ilə Hutular geri çəkilib. Ölkədə rəsmi dövlət qurumları və məmurlar yox idi. Paytaxtda talan edilməyən və dağılmayan bir bina qalmayıb. Şəhərlərdə isə insanlar nə dostlarına, nə qonşularına, nə də qohumlarına etibar etmirdilər. Ölkə 1999-cu il seçkilərinə qədər hökumətsiz qalacaqdı. Bu dəhşətli 100 günün nəticələri də ağır oldu:
 

100 gün ərzində tutsilər və bəzi mötədil hutular da daxil olmaqla, təxminən 800.000-1 milyon dinc sakin qətlə yetirildi.
Soyqırımdan yalnız 300-400 min nəfər sağ qaldı.
Soyqırımın 100 günündə 250-500 min qadın zorlanıb və bu qadınlardan 20 minə yaxın uşaq dünyaya gəlib.
Sağ qalanlardan 75 min nəfəri soyqırım nəticəsində yetim qalıb.
Sağ qalanların təxminən 100.000-i 14-21 yaş arasındadır, 60.000-ə yaxını isə özlərinə baxa bilmir.
Sağ qalan hər 10 nəfərdən 7-nin aylıq gəliri 5000 Ruanda frankından (8 ABŞ dolları) azdır.
 

Məsul şəxslərin məhkəməsi


Qırğından sonra məsuliyyət daşıyanların müəyyən edilərək mühakimə olunmasına çalışılıb. Lakin təqsirkarların çoxluğu və hadisələrin dağıdıcılığı səbəbindən məhkəmə prosesində müəyyən problemlər yaşanıb. Qırğın zamanı demək olar ki, tamamilə dağıdılan dövlət qurumlarının olmaması səbəbindən qətliam müttəhimlərinin çoxu öz kəndlərində yaşamağa davam etdilər. Qırğınların xalqın ağrı-acısını yüngülləşdirmək üçün xalqın quracaqları məhkəmələrdə verdikləri qərarların məhkəmə tərəfindən tanınacağı açıqlandıqdan sonra 3 nəfərdən çox adamı qətlə yetirənləri “xalq məhkəmələri” mühakimə etdi. insanlar öz cəzalarını verdilər. 3 nəfərdən az adam öldürənlər məhkəməyə belə gəlməyiblər. Təmin edilə biləcək yeganə cəza BMT-nin Tanzaniyadakı Müharibə Cinayətləri Tribunalına aparılan Ruanda Silahlı Qüvvələrinin generalı Augustin Bizimunqu idi. Bizimunqu 2011-ci il mayın 17-də soyqırım törətdiyinə görə 30 il müddətinə azadlıqdan məhrum edilib. Bəli, 1 milyona yaxın insan qətlə yetirilib və maksimum cəza 30 il. Bu qədər insanı qətlə yetirənlər isə Ruanda küçələrində yemək yeyib gəzirdilər.


Hadisələrə daha dərindən baxmaq istəyənlərə iki film tövsiyə edirik: “Hotel Ruanda” və “Atıcı İtlər”. Xüsusilə soyqırımın 10-cu ildönümündə çəkilən “Hotel Ruanda” qətliamın ağrılı üzünü heyranedici şəkildə ortaya qoyur.
Nəhayət
 

Bütün bu qətliamın avropalıların öz maraqları üçün irəli sürdükləri irqi ayrı-seçkilik nəzəriyyələrindən qaynaqlandığı bildirilir. Üstəlik, insanları bir-biri ilə vuruşduraraq məhv etmək düşüncəsi təkcə Ruandada deyil, dünyanın bütün inkişaf etməmiş ölkələrində keçərlidir. Bunun ən gözəl nümunəsi isə ölkəmizdir: daim eyni bayraq altında qardaşlıq içində yaşayırıq...

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...