Dünyanın ən böyük kütləvi intiharı “Constown” qırğınına səbəb olan adam

Dünyanın ən böyük kütləvi intiharı “Constown” qırğınına səbəb olan adam

Bu qədər insanın əqli cəhətdən qeyri-sabit bir adamın arxasınca getmə hekayəsini oxuyarkən, həqiqətən təəccüblənəcəksiniz.


Sfera.az bu günə qədər ən böyük kütləvi intihar olan “Constown” hadisəsi və bu hadisəyə səbəb olan adam haqqında yazı təqdim edir.
Problemli bir ailədə doğulan Cim Consun anası oğlunun Məsih olduğuna inanırdı.
 

Onun atası qatı irqçi və “Ku Klux Klan” adlı anti-qara faşist qrupun üzvü idi.
Atasının irqçiliyinə görə daim qarşıdurmalar içində olan Cim Cons gənc yaşlarında heyvanları öldürməyə və onlar üçün dəfn mərasimləri təşkil etməyə başlayır.

Ölümə və dinə ciddi düşkün olan Cons heyvanları işgəncə ilə öldürür, sonra isə dəfn mərasimləri təşkil edir, lakin vaiz olduqdan sonra kilsə adına heyvan satmağa başlayır.

 

Adolf Hitlerə, Qandiyə, Stalinə və Karl Marksa böyük marağı olan Cons gənclik illərində çoxlu kitablar oxumuş, maraqlarını araşdırmışdır.


1950-ci ildə vaiz olduqdan sonra gey olduğu üzə çıxan Cons medianın sıx təzyiqinə məruz qalıb.
Cons qısa müddətdə ətrafına öz davamçılarını toplayaraq, onlara həqiqi marksizmi öyrədəcəyini və beləliklə də öz kilsəsini quracağını vəd edib.


Kənardan bəşəriyyət üçün yaxşı işlər görməyə çalışan bir insan kimi görünsə də, oğlunun dediyinə görə, o, LSD və amfetaminləri yüksək dozada qəbul edib və psixi sağlamlığı normal deyildi.

 

“Xalq məbədi” adlandırdığı kilsəni quran və hər zaman təbliğat aparan Cons xüsusilə qaradərili insanlar və uşaqlarla maraqlanırdı.

Bütün görüşlərini ictimaiyyətə qapalı və yalnız izləyiciləri üçün keçirən Consun insanlara nə dediyi müəmmalı olaraq qalsa da, kilsəsinə tələbat günü-gündən artırdı.
 

Heç vaxt irqçi olmayan və atasından fərqli olaraq hamının bərabər olduğunu müdafiə edən Cons beləliklə qaradərililərdən yüksək səviyyədə dəstək almağı bacarıb.


İnanılmaz manipulyasiya qabiliyyətinə malik olan və çıxışları ilə insanlara təsir etməyi bacaran Cons, şagirdlərinin gözündə ilahi bir güc kimi ucalmağa başlayırdı.
Davamçıları tərəfindən edilən ianələrlə tənha bir yerdə kiçik bir şəhər qurmağa qərar verən Cons “Constown” (Constaun) üçün hərəkətə keçir.


Meşənin dərinliklərində salınmış bu qəsəbədə yüzlərlə davamçısı bir yerdə yaşayırdı. Constaun ölkənin hər yerində gündəmdə olduğundan senatorlar və mətbuat mənsubları şəkil çəkdirmək, insanların necə yaşadıqlarını öyrənmək üçün buraya gedirdilər.

 

Vaxt keçdikcə davamçılardan bəziləri buranı tərk etmək istəyir, lakin əksəriyyəti burada qalmaqdan həzz alırdı.


Şəhəri tərk etmək istəyənlərin və mətbuat mənsublarının davamlı olaraq şəhərə gəlməsi ilə “Constaun”un vaxtı yetişdiyini görən Cim Cons kütləvi intihar etmək qərarına gəlir. O, bütün izləyicilərini başına toplayıb kütlə qarşısında çıxış edir.

 

Çıxışından sonra Cons bütün izləyicilərinə sianid paylayıb və intihar etmək istəməyənləri güllələyib öldürüb.


Yüzlərlə uşağın və böyüklərin ölümü ilə nəticələnən kütləvi intihar hadisəsi “Constown Massacre”, mətbuat nümayəndələrinin yüzlərlə ölü tapması ilə bütün dünyaya yayılıb.

 

Körpələrlə bərabər yaşlı və böyüklərin də cəsədlərinin olduğu bu qırğında bəzi insanlar öz razılıqları ilə özlərini qurban versə də, təəssüf ki, zorla öldürülənlər də olub.


Ətrafdakı ölülərdən əlavə, davamçıların adına çoxlu intihar məktubları yazılıb.
 

Haqqında bir çox sənədli film və kitabın yazıldığı “Constown” hadisəsi bu gün də ən böyük kütləvi intihar kimi xatırlanır.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...