Gədəbəydə polisə silahlı müqavimət göstərməyə cəhd edənlər saxlanıldı

Gədəbəydə polisə silahlı müqavimət göstərməyə cəhd edənlər saxlanıldı

Oktyabrın 16-da saat 21 radələrində Gədəbəy rayonu Sarıhasanlı kəndində evlərin birindən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərməyə cəhd edən şəxslər saxlanılıblar. 

 

DİN-in mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, əvvəllər məhkum olunan, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü (oğurluq) maddələri ilə axtarışda olan Hüseynov Nəsib Qayıb oğlu və onunla birlikdə olan — barəsində 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət icraatı olan 1976-cı il təvəllüdlü Cəfərov Elman Əvəz oğlu, əvvəllər məhkum olunmayan 1967-ci il təvəllüdlü Cəfərov Nəriman Ələsgər oğlu Gədəbəy RPŞ əməkdaşları tərəfindən saxlanılarkən odlu silahla müqavimət göstəriblər. 

 

Polis əməkdaşlarının çevikliyi nəticəsində silahlı müqavimət cəhdinin qarşısı alınıb, N.Hüseynova tabel silahı tətbiq edilməklə onlar saxlanılıblar. Ayaq nahiyyəsindən xəsarət alan N.Hüseynova nəzarət qaydasında ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib. Həyatı təhlükəsi yoxdur. 

 

Hadisə yerindən cinayət aləti olan tüfəng götürülüb. 

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Trampın nəvəsi 18 yaşını belə qeyd etdi - VİDEO

ABŞ Prezidenti Donald Trampın nəvəsi Kai Tramp 18 yaşını maraqlı formada qeyd edib. Gənc Tramp bu əlamətdar gündə “TikTok” hesabında paylaşdığı rəqs...

4-cü dəfə burun əməliyyatına girəcək

Əməkdar artist Nigar Şabanova yenidən cərrah bıçağı altına uzanacaq.   Sfera.az xəbər verir ki, sənətçi bu barədə özü məlumat verib.   ...

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.   Sfera.az “qafqazinfo.az”a istin...

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...