Netflix qiymətləri artırır
Abunəçi sayına görə yayım xidmətləri arasında bütün rəqiblərini geridə qoyan Netflix-in qiymətləri artıracağı gözlənilir.
Sfera.az xəbər verir ki, Netflix parol paylaşımını məhdudlaşdıran yeni tətbiqi işə saldıqdan sonra həm mənfəətini, həm də istifadəçi sayını artırmağı bacarıb. Bu strategiya platformaya istifadəçi bazasını genişləndirməyə kömək edib. Üçüncü rübdə 6 milyon yeni abunəçi qazanaraq böyük uğur qazanan Netflix bu uğurdan sonra qiymətləri artıra bilər.
Belə ki, Netflix, son qiymət artımları və parol paylaşımını məhdudlaşdıran yeni tətbiqi ilə bir müddətdir gündəmdədir.
Bu hərəkətlər sosial mediada geniş əks-səda doğursa da, şirkət abunəçilərinin sayını artırmağı bacarıb.
Netflix, Disney kimi nəhəng rəqibləri arasında qazancını artıran yeganə böyük yayımçıdır.
Şirkət parol paylaşma məhdudiyyətlərini tətbiq etməklə evdən kənar istifadənin qarşısını alıb. Beləliklə, Netflix bu strategiya sayəsində üçüncü rübdə 6 milyon yeni istifadəçi qazanıb.
ABŞ-ın əyləncə sənayesinin mərkəzi olan Hollivud böyük tətillə sarsılıb.
Ssenari müəllifləri və aktyorlar iş zəmanəti və maaş təminatı tələbi ilə Kino və Televiziya Prodüserləri Birliyi ilə danışıqlara başlamışdılar.
Netflix bu tətil danışıqlarının nəticələrini diqqətlə izləyib.
Ekspertlər bildirir ki, Hollivud aktyorlarının tətili başa çatarsa, şirkət qiymətləri qaldıra bilər. Analitiklər Netflix-in reklamsız abunə seçimlərinin qiymətlərini artıracağını və bununla da istifadəçilərdən daha çox gəlir əldə edəcəyini proqnozlaşdırırlar.
Netflix-in yeni parol paylaşma məhdudiyyətlərindən sonra əksər yeni abunəçilərin reklamsız planlara üstünlük verdiyi bildirilir.
Bu, yaxın gələcəkdə şirkətin qiymət artımı strategiyalarına təsir edə bilər.
Xanım
Sfera.az