Polşada seçki məntəqələrində partlayışlar baş verdi - İnsanlar təxliyə edildi
Varşavada seçki məntəqələrində partlayış səsləri eşidilib.
Jurnalistlərin məlumatına görə, partlayışlar Varşavada seçki məntəqələrinin bağlanmasına 25 dəqiqə qalmış baş verib. Təhlükəsizlik qüvvələri binalardan birinin yaxınlığında şübhəli bel çantası da tapıblar.
Sfera.az xəbər verir ki, bazar günü Varşavada üç seçki məntəqəsinin bağlanmasına 25 dəqiqə qalmış partlayış səsləri eşidilib. Hazırda polis araşdırma aparır.
Jurnalistlər polisin sözçüsü Silvestr Markaka istinadən xəbər verirlər ki, 200 nəfər seçki məntəqələrindən təxliyə edilib. Binalardan birinin yaxınlığında bel çantası tapılıb. Hadisə yerində istehkamçılar işləyir. Hüquq-mühafizə orqanlarının əməkdaşları komitələrin yerləşdiyi binanı mühasirəyə alıblar. Milli Seçki Komissiyası hələlik bu xəbərlərə münasibət bildirməyib.
Polşa mediası əlavə edib ki, axşam saatlarında Varşavada seçki məntəqələri qarşısında növbələr yaranıb. Bəzi seçki məntəqələrində 300-ə qədər insan səs vermək üçün gözləyib. Nə polis, nə də Milli Seçki Komissiyası hələ ki, xidmətlərin işlədiyi binada növbənin olub-olmaması barədə məlumat verməyib.
Xatırladaq ki, oktyabrın 15-də Polşada parlament seçkiləri keçirilib ki, bu da ölkənin gələcək illər üçün yolunu müəyyən etməlidir; ya sağçılar ardıcıl üçüncü dəfə hakimiyyətdə olacaq, ya da müxalifət koalisiyası.
Parlament seçkiləri başa çatdıqdan sonra Bakı vaxtı ilə saat 23:00-da keçirilən IPSOS exit-pollunun nəticələrinə görə, 36,8% nəticə ilə hazırkı hakim “Hüquq və Ədalət” partiyası formal qalib olub. Lakin bu cür nəticələr çoxluğu təşkil etmək üçün kifayət etməyəcək.
İkinci yerdə keçmiş prezident Donald Tuskun rəhbərlik etdiyi 31,6% səslə Vətəndaş Koalisiyası qərarlaşıb.
Üçüncü yeri 13,0% ala bilən Üçüncü Yol partiyası tutur. Dördüncü yerdə 8,6 % sol qüvvələrin birləşməsidir.
Xanım
Sfera.az