Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub: Ölən və yaralanan var
Hadisə
20:28 / 16.10.2023
5634
Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub, ər ölüb, həyat yoldaşı yaralanıb.
Sfera.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Kürdəmir rayonu ərazisində qeydə alınıb.
“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
Nəticədə maşının sürücüsü hadisə yerində ölüb. Onun həyat yoldaşı, Ucar rayon sakini, 1978-ci il təvəllüdlü Rəhilə Əsgər qızı İbrahimova isə müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.