Mossad “Əl-Cəzirə”nin fəaliyyətini qadağan etməyi təklif edib

Mossad “Əl-Cəzirə”nin fəaliyyətini qadağan etməyi təklif edib

İsrailin xarici kəşfiyyat xidməti Mossad İsrail hökumətinə HƏMAS təşkilatını dəstəkləyən və əsasən Qətər hakimiyyəti tərəfindən maliyyələşdirilən “Əl-Cəzirə” müxbirlərinin ölkədə fəaliyyətlərini qadağan etməyi tövsiyə edib.



Sfera.az xəbər verir ki, bu təklif İsrailin rabitə naziri Şomo Karainin ölkədə fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanı hökumətin müzakirəsinə təqdim etməsindən sonra verilib. Məhz bu sənəd çərçivəsində Karainin qeyd etdiyi kimi, “Əl-Cəzirə”nin İsrail ofislərinin Həmas qrupu ilə əməkdaşlıq etdiklərinə görə bağlanmasına ehtiyac duyulub.


Qeyd edək ki, hökumətin mətbuat bürosunun məlumatına görə, Qətər telekanalının əməkdaşlarının böyük əksəriyyəti İsrail vətəndaşlarıdır.



Bəs “Əl-Cəzirə” jurnalistləri nədə ittiham olunur?



İsrail mediasının yazdığına görə, Mossad televiziya şirkətinin əməkdaşlarının İDF qüvvələrinin yerləşdiyi yerləri açıqlayan məxfi məlumatları təqdim etdiyini təsdiqləyən məlumatlar təqdim edib. Hökumətin mətbuat bürosu müxbirlərdən, xüsusilə ərəb dilində yayım edənlərdən mətbuat etimadnaməsinin alınmasını dəstəkləyir. Mətbuat bürosunun məlumatına görə, ingilis dilində yayımlanan jurnalistlər öz fəaliyyətlərini davam etdirə bilərlər.



Xarici İşlər Nazirliyi də bu addımı dəstəkləyib, lakin reputasiya üçün mümkün mənfi nəticələr barədə xəbərdarlıq edib.



“Əl-Cəzirə”ni nə gözləyir?



“Əl-Cəzirə” jurnalistlərinin İsraildə fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilərsə, televiziya şirkətinin bütün ölkə üzrə ofisləri bağlanacaq və avadanlıqları müsadirə olunacaq. Ola bilər ki, əcnəbi olan jurnalistlər ölkədən deportasiya olunsun. “Əl-Cəzirə”nin İsrailin çoxkanallı televiziya platformalarında yayımı bloklanacaq.



Hazırda İsraildə televiziya şirkətinin 30-a yaxın əməkdaşı var, lakin onlar əsasən İsrail vətəndaşlarıdır.



Qeyd edək ki, ərəb telekanalları İsrailin Livana raket hücumu nəticəsində “Reuters”, “Əl-Cəzirə” və “Frans Press” agentliyinin jurnalistlərinin də atəşə tutulduğu barədə məlumat verib. “Reuters” kanalının operatoru dünyasını dəyişib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşəcək

Serbiya Prezidenti Aleksandr Vuçiç dekabrın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirəcək.   Sfera.az xəbər verir ki, bu bar...

Polis 21,9 kq narkotik vasitə aşkarladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 21-də və 22-də ümumi çəkisi 21,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. ...

Taleyüklü məsələlərin həllində şəxsiyyət faktorunun rolu əvəzsizdir - RƏY

Dünya təcrübəsi sübut edir ki, tarixdə şəxsiyyət faktorunun rolu danılmazdır. Beynəlxalq hüququn və ədalət anlayışının geosiyasi maraqlara qurban verildiyi müas...

Faciəvi şəkildə ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı

Dünən paytaxtın Qaradağ rayonunda 3 nəfərin ölümü ilən nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.   Sfera.a...

Prezident forum iştirakçılarına müraciət ÜNVANLADI - YENİLƏNDİ

Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun işt...

Bu şəxslərə 6 min manat ödəniləcək - Müraciət üçün lazım olan SƏNƏDLƏR

“Azərbaycan Prezidenti İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna ...