Minalı əraziyə daxil olmağa cəhd edən şəxslər saxlanıldı

Cəmiyyət
18:52 / 16.10.2023
6497
Tərtər rayonundan digər istiqamət üzrə mina və insan həyatı üçün təhlükəli maddələrdən təmizlənməyən əraziyə daxil olmağa cəhd edən 8 nəfər DİN əməkdaşları tərəfindən müəyyən edilib.
DİN-in mətbuat xidmətinin regional qrupundan Sfera.az-a bildirilib ki, oktyabrın 15-də günün qaranlıq saatlarında təhlükəli əraziyə daxil olan şəxslər saxlanılaraq polis orqanına gətiriliblər.
Onlar barəsində müvafiq qaydada protokollar tərtib edilib. Tərtib edilən protokollara baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.