Bir həftəyə Qarabağda 581 mina aşkarlanıb

Cəmiyyət
18:20 / 16.10.2023
5407
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (09.10.2023 - 15.10.2023) açıqlanıb.
ANAMA-dan Sfera.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 496 piyada əleyhinə mina, 85 tank əleyhinə mina, 1732 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 631 hektar ərazi mina və PHS-lərdən təmizlənib.