Rayon ərazisində təmizliklə bağlı iməcliklər keçirildi - FOTOLAR

Rayon ərazisində təmizliklə bağlı iməcliklər keçirildi - FOTOLAR

Rayon ərazisində həftəsonları təmizliklə bağlı yol kənarlarının və qəbiristanlıq sahələrinin abadlaşdırılması istiqamətində iməcliklərin keçirilməsi davam etdirilir.

 

14 oktyabr 2023-cü il tarixdə rayon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin dəstəyi ilə respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun və şəhərin Heydər Əliyev prospektinin qərb hissəsində yolların kənarları kol-kosdan, alaq otlarından, suvarma arxları lil və çöküntülərdən təmizlənmişdir.

 

Həmçinin rayonun Çaxırlı və digər kəndlərində qəbiristanlıq sahələrində də abadlıq işləri aparılıb.


OXŞAR XƏBƏRLƏR