Azərbaycanda yağlar ucuzlaşır – RƏQƏMLƏR
Bu il Azərbaycanda kərə və digər yeyinti məqsədilə istifadə edilən yağların dəyərində enmə müşahidə olunur.
Sfera.az xəbər verir ki, kərə yağının qiyməti aprel ayından başlayaraq enir.
Martda bir kiloqramının orta qiyməti 19,9 manat olan kərə yağı sentyabrın sonunda 19,25 manata satılıb. Bir neçə ay ərzində kərə yağı 3 faizdən çox ucuzlaşıb.
Süfrə marqarinin qiyməti fevraldan başlayaraq enir. Yanvarda marqarinin bir kiloqramının orta qiyməti 6 manat olduğu halda hazırda 5,4 manatdır. Süfrə marqarinin qiymətində ötən müddətdə 10 faiz enmə baş verib.
Daha yüksək qiymət enməsi günəbaxan və qarğıdalı yağlarında müşahidə edilib.
Yanvar ayında bir litri orta hesabla 5,7 manata satılan günəbaxan yağı sentyabrın sonunda 4,9 manata düşüb. Qarğıdalı yağının qiyməti isə bu müddətdə 7,7 manatdan 6,6 manata enib.
Ötən bir neçə ayda günəbaxan yağı 0,8 manat və ya 14 faiz, qarğıdalı yağı 1,1 manat, yaxud 14,3 faiz ucuzlaşıb.
Vasif