Azərbaycanda ata və oğuldan DƏHŞƏTLİ HƏRƏKƏT: Namus üstündə həmkəndlisinə zorla... - FOTO

Azərbaycanda ata və oğuldan DƏHŞƏTLİ HƏRƏKƏT: Namus üstündə həmkəndlisinə zorla... - FOTO

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Sakit Mustafayev və onun oğlu Qabil Mustafayevin (hər ikisinin ad, soyadı şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Sfera.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, protest təmin edilməyib.

 

Lerik Rayon Məhkəməsinin hökmü ilə Sakit Mustafayevin aylıq qazancından hər ay 15 % dövlət nəfinə pul tutulmaqla o, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Qabil Mustafayev isə 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasının təyin olunub. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi protesti təmin etməyib. İttihama görə, Qabil Mustafayevin arvadının mobil telefonuna həmkəndliləri mütəmadi olaraq zənglər edib. Bununla bağlı olaraq ata və oğlu zərərçəkmiş Xəlil Əsgərovu (şərti) cəzalandırmaq qərarına qərarına gəliblər.

 

Bu məqsədilə onlar 14 iyul 2022-ci il tarixdə, saat 17-18 radələrində xuliqanlıq niyyəti ilə zərərçəkmişin bədəni üzərində sol baldır, sol iç topuq, sağ dirsək nahiyələrində sıyrıqlarla nəticələnən və sağlamlığına zərər vurmayan xəsarətlər yetirib. Daha sonra Sakit və Qabil Xəlilin əyninə zorla qadın alt paltarları geyindirərək "VAZ-2121" markalı avtomobillə yaşadıqları kənddən Lerik şəhərinin "Avtovağzal" adlanan ərazisinə gətirib. Həmin şəxslər orada kütlə olan yerdə Xəlili buraxıb, ünvanına nalayiq ifadələr işlədiblər. (Pravda.az)

 


OXŞAR XƏBƏRLƏR

Trampın nəvəsi 18 yaşını belə qeyd etdi - VİDEO

ABŞ Prezidenti Donald Trampın nəvəsi Kai Tramp 18 yaşını maraqlı formada qeyd edib. Gənc Tramp bu əlamətdar gündə “TikTok” hesabında paylaşdığı rəqs...

4-cü dəfə burun əməliyyatına girəcək

Əməkdar artist Nigar Şabanova yenidən cərrah bıçağı altına uzanacaq.   Sfera.az xəbər verir ki, sənətçi bu barədə özü məlumat verib.   ...

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.   Sfera.az “qafqazinfo.az”a istin...

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...