Mahmud Abbas geri addım ATDI: “HƏMAS Fələstini təmsil etmir” 

Mahmud Abbas geri addım ATDI: “HƏMAS Fələstini təmsil etmir” 

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra gərginlik artarkən, Fələstin Prezidenti Mahmud Abbas diqqətçəkən bir açıqlama verib. 


Sfera.az Fələstinin “Wafa” xəbər agentliyinə istinadən xəbər verir ki,  M.Abbas Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığı zamanı HƏMAS-ın Fələstin xalqını təmsil etmək səlahiyyətinə malik olmadığını vurğulayıb. 


Buna görə də o, HƏMAS-ın davranışlarına görə mülki əhalinin Qəzza zolağından köçürülməsinin düzgün olmadığını bildirib:

 

“Fələstin xalqının yeganə qanuni nümayəndəsi Fələstin Azadlıq Təşkilatıdır. Biz hər iki tərəfdən mülki şəxslərin öldürülməsinin əleyhinəyik və hər iki tərəfi məhbusları, əsirləri və mülki vətəndaşları azad etməyə çağırırıq”.


Qeyd edək ki, İsrailə qarşı hücumların həyata keçirildiyi Qəzza zolağında hakimiyyətdə HƏMAS-ın silahlı qanadıdır. Fələstinin digər hissəsi olan İordan çayının qərb sahilində isə hakimiyyət Fələstin Azadlıq Təşkilatındadır. 


Vasif


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...