Qərbin bu açıqlaması erməniləri qorxuya saldı: "Qərbi Zəngəzur da..." 

Qərbin bu açıqlaması erməniləri qorxuya saldı:

“Qərbin "Azərbaycan Qarabağdan sonra Qərbi Zəngəzuru ələ keçirəcək” açıqlaması ermənilərin canına qorxu salıb”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

 

Politoloq bildirib ki, Qərbi Zəngəzur Azərbaycanın tarixi torpağıdır:

 


“Qərbin Azərbaycan Qarabağdan sonra Qərbi Zəngəzuru da ələ keçirəcək” açıqlaması ermənilərin və onları dəstəkləyən mərkəzlərin canına qorxu salıb. Elə buna görə İran, Rusiya, Fransa ard-arda Qərbi Zəngəzurda konsulluq xidmətləri açmağa qərar veriblər.Qərbi Zəngəzur tarixi torpaqlarımızdır və soydaşlarımızın həmin ərazilərə qayıtmaq hüququ var. 

 

Bundan başqa, Zəngəzur dəhlizi mövzusu gündəmdə ağırlığını qoruyur. Qərbdə bundan çıxış edərək Qərbi Zəngəzurun Azərbaycanın hədəfində olduğunu yazırlar. Halbuki, başda Prezident İlham Əliyev olmaqla Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıyacaq. Yəni ermənilərin və onların dəstəkçilərinin Qərbi Zəngəzurla bağlı qorxuları varsa, bundan qurtulmağın yolu Baş nazir Nikol Paşinyanı Azərbaycanla sülh sazişini imzalamağa məcbur etməkdir”.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...