ABŞ əsgərləri Qəzza zolağına gəlir: “Vətəndaşlarımızı əsir götürüblər, dayanmayacağıq”

ABŞ əsgərləri Qəzza zolağına gəlir: “Vətəndaşlarımızı əsir götürüblər, dayanmayacağıq”

Amerika əsgərləri girovluqda olan həmvətənlərini azad etmək üçün Qəzza zolağına yerləşdirilə bilər.

 

Sfera.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "Fox News" telekanalına müsahibəsində belə bir addımın mümkünlüyünü istisna etməyib.

 

Bununla belə, Kirbi qeyd edib ki, Vaşinqtonun Fələstin-İsrail münaqişəsində iştirak etmək kimi planı yoxdur. O, həmçinin deyib ki, Co Bayden administrasiyası Qəzza zolağında əsir götürülmüş vətəndaçları ilə bağlı gərgin iş aparır.

 

“Bu, prezidentin bir nömrəli prioritetidir. Onun üçün girov saxlanılan amerikalıların təhlükəsizliyindən daha vacib heç nə yoxdur. Biz onları ailələrinə qovuşdurmayana qədər dayanmayacağıq”, - Kirbi əlavə edib.

 

Daha əvvəl "CNN" telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ İsrailə 2000-dən çox dəniz piyadasından ibarət 26-cı Dəniz Ekspedisiya Qüvvələrini yerləşdirməyi planlaşdırır.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşəcək

Serbiya Prezidenti Aleksandr Vuçiç dekabrın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirəcək.   Sfera.az xəbər verir ki, bu bar...

Polis 21,9 kq narkotik vasitə aşkarladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 21-də və 22-də ümumi çəkisi 21,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. ...

Taleyüklü məsələlərin həllində şəxsiyyət faktorunun rolu əvəzsizdir - RƏY

Dünya təcrübəsi sübut edir ki, tarixdə şəxsiyyət faktorunun rolu danılmazdır. Beynəlxalq hüququn və ədalət anlayışının geosiyasi maraqlara qurban verildiyi müas...

Faciəvi şəkildə ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı

Dünən paytaxtın Qaradağ rayonunda 3 nəfərin ölümü ilən nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.   Sfera.a...

Prezident forum iştirakçılarına müraciət ÜNVANLADI - YENİLƏNDİ

Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun işt...

Bu şəxslərə 6 min manat ödəniləcək - Müraciət üçün lazım olan SƏNƏDLƏR

“Azərbaycan Prezidenti İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna ...