Narkotikin təsiri altında olan taksi sürücüsü saxlanıldı

Narkotikin təsiri altında olan taksi sürücüsü saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib.

 

Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Cəfər Əliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün marixuana istifadə etdiyi məlum olub.

 

C.Əliyev barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 600 manat miqdarında cərimə olunub.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda avtomobil icarəsi ilə bağlı portal yaradıla bilər

Azərbaycanda avtomobil icarəsi əməliyyatlarının rəqəmsallaşdırılmasını nəzərdə tutan portalın yaradılması məsələləri müzakirə edilib.   Sfera.az-a&nb...

Rusiyanın neft və qaz gəlirləri 14 faiz azalacaq - SƏBƏB

Rusiya hökuməti neft və qaz gəlirlərinin növbəti üç il ərzində 14 faiz azalacağını proqnozlaşdırır.   Sfera.az “Bloomberg”ə istinadən xə...

Bu vəzifəli şəxs işdən çıxarıldı - FOTO

Növbədənkənar parlament seçkisində 48 saylı Abşeron birinci seçki dairəsindən YAP-ın namizədi olaraq qalib gələn Nigar Məmmədovanın Əmək və Əhalinin Sosial Müda...

Bakıda narkokuryerlər SAXLANILDI

Bakıda polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar.  ...

Pensiya və maaş ilə yanaşı, digər hansı ödənişlər artırıla bilər? - AÇIQLAMA

Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiə...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. &...