13-cü cümə gününə təsadüf etmiş dəhşətli faciələr - FOTOLAR

13-cü cümə gününə təsadüf etmiş dəhşətli faciələr - FOTOLAR

Bir çox insanlar 13-cü Cümə gününü qorxunc hadisələrlə əlaqələndirirlər. Bu taleyüklü gündə baş verən qaranlıq hadisələr insanları bu tarixdən qorxmağa vadar edir.

 

Bəşər tarixi boyunca 13-cü Cümə günü bir çox faciəli hadisələr baş verib ki, bu da bu günün ilin ən uğursuz günü olduğuna inamı gücləndirib.

 

13-cü cümə bir çoxları tərəfindən ilin ən uğursuz günü hesab olunur. Bəzi insanlar bu gün ümumiyyətlə evdən çıxmaqdan çəkinirlər. Bu təqvim tarixinin qorxusu o qədər geniş yayılıb ki, onu təsvir etmək üçün hətta bir termin də yaranıb - paraskevedekatriafobiya.

 

Sfera.az bildirir ki, bu xurafatların mənşəyinin bibliya dövründə, 13 həvarinin İsanın Müqəddəs Cümə günü vəfatından bir gün əvvəl Son Şam yeməyinə qatıldığı vaxt olduğuna inanılır.

 

Paraskevedekatriafobiyadan əziyyət çəkənlər və çəkməyənlər, adını tələffüz edə bilənlər və bilməyənlər üçün ayın 13-ü cümə gününə təsadüf etmiş dəhşətli faciələrdən bəzilərini təqdim edirik. 

 

Costa Concordia gəmisinin batması

 

 

2012-ci il yanvarın 13-də “Costa Concordia” layneri İtaliya sahillərində qaya ilə toqquşub, nəticədə gəminin gövdəsində 70 metrlik dəlik yaranıb.

 

Təbii fəlakət nəticəsində 32 sərnişin və ekipaj üzvü həlak olub

 

 

Həmin vaxt içərisində 4000-dən çox insanı daşıyan kruiz gəmisi sağ tərəfə çevrilib və batmağa başlayıb.

 

Uruqvay reqbi komandasının təyyarəsi qəzaya uğrayıb

 

13-cü Cümə günü çoxlu sayda təyyarə qəzası baş verir və bir çox insanlar bu təqvim tarixində səyahət etməkdən ümumiyyətlə çəkinirlər.

 

Ən məşhur nümunələrdən biri 13 oktyabr 1972-ci ildə baş verib. Uruqvay reqbi komandasını daşıyan 571 saylı reys Andres dağlarına çırpılıb.

 

Dekabrın 23-də isə heyrətamiz şəkildə, 72 gündən sonra buzlaqda qalmış 16 nəfər xilas edilib.

 

45 sərnişindən 28-i sağ qalıb. Sağ qalanlar növbəti günlərdə aşağı temperaturda sağ qalmaq üçün mümkün olan hər şeyi ediblər.

 

Onlar təyyarənin gövdəsinin qalıqlarına sığınıb və hətta sağ qalmaq üçün ölmüş sərnişinlərin əti ilə qidalanmağa məcbur olublar. 72 gün tab gətirdikdən sonra dekabrın 23-də 16 nəfər xilas edilib.

 

Kitti Genovesenin qətli

Nə vaxtsa müşahidəçi effekti haqqında eşitmisiniz? Bu ifadə məhz bu narahatedici hadisədən sonra yaranıb.

 

13 mart 1964-cü ildə Kitty Genovese (Kitti Genovese) evsiz, küçələrdə yaşayan biri tərəfindən vəhşicəsinə bıçaqlanaraq, təcavüzə məruz qalıb. İnsanlar şoka düşüblər, lakin fərqli bir səbəbdən…

 

30 dəqiqədən çox davam edən hücuma 13-cü cümə günü oradan keçən azı 38 nəfər şahid olub. Amma polisə zəng etmək və ya kömək istəmək əvəzinə onların hamısı hadisəyə göz yumublar.

 

Bu ifadə indi insanların təhlükə altında olduqları zaman qurbanlara kömək təklif etmək ehtimalının daha az olduğunu təsvir etmək üçün istifadə olunur.

 

İkinci Dünya Müharibəsi zamanı Bukingem sarayı bombalanıb

1940-cı il sentyabrın 13-də İkinci Dünya Müharibəsinin Blitskrieg zamanı nasistlər Bukingem sarayına beş bomba atıblar. Kraliça Elizabet və Kral VI George kral iqamətgahında çay içərkən əsas binaya və onun kilsəsinə bomba düşüb.

 

Londonun bu əlamətdar yerində üç nəfər yaralanıb, onlardan biri ölümcül olub.

 

İtkin düşən hərbi təyyarə

İsveç DC-3 təyyarəsi 13 iyun 1952-ci ildə Baltik dənizi üzərində uçarkən yoxa çıxıb. İsveç hökumətinin təlim təyyarəsi olduğunu bildirən təyyarənin göyərtəsində 8 nəfər olub.

 

Daha sonra təyyarənin Soyuq Müharibə zamanı Sovet İttifaqı tərəfindən vurulduğu güman edilirdi. Yoxa çıxmasından təxminən 40 il sonra İsveç rəsmiləri bunun casus təyyarə olduğunu etiraf ediblər.

 

Təyyarənin qalıqları 2003-cü ildə Baltik dənizinin dibində tapılıb.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...