Hamının bildiyi terminin bilinməyən tarixi - Stokholm sindromu nədir? 

Hamının bildiyi terminin bilinməyən tarixi - Stokholm sindromu nədir? 

Stokholm sindromu termini nə vaxtsa hamımız eşitmişik. Xalq arasında “cəlladına aşiq olmaq” adlandırılsa da, əslində hər şey o qədər də sadə deyil. Bəs bu Stokholm sindromu nədir? Niyə Stokholm Sindromu adlanır? Nə vaxt yaranıb?

 

Sfera.az adını çox eşidib, haqqında ətraflı bilmədiyiniz Stokholm sindromunun qısa tarixinə nəzər salır.

 

Hər şey Clark (Klark) Olofssonun adlı şəxsin adı ilə bağlıdır.

 

Stokholm sindromu adını 1973-cü ildə İsveçin paytaxtı Stokholmda baş vermiş bir hadisədən götürür. Davanın mövzusu olan Klark Olofssonun uşaqlığı qalmaqallı keçib. Adı hələ 16 yaşında ikən xırda cinayətlərə qarışıb. Kuliminasiya nöqtəsi və belə demək mümkünsə, səbr kasasını daşdıran son damla onun İsveç baş nazirinin bağçasından meyvə-tərəvəz oğurluğuna gedərkən, hadisə yerinə gələn polis əməkdaşlarına hücum etməsi olub. Bu zaman o, ilk həbs cəzasına məhkum edilib. Həbsxanadan qaçdıqdan sonra Olofsson ölkə daxilində tanınan cinayətkar olub. Olofsson hər yerdə axtarılarkən, bir gün o, tutulduqda polis əməkdaşına atəş açıb. Bundan sonra o, daha 8 il həbs cəzası alır. Kino kimi də olsa, o yenidən həbsxanadan qaçmağı bacarır… Bu təqib dəfələrlə təkrarlanır.

 

Klark Olofsson və başqa bir soyğunçu silah və partlayıcılarla “Kreditbanken” adlı banka girərək 4 bank məmurunu 131 saat ərzində girov götürüblər. 6 günlük müddət ərzində soyğunçular girovlarla yaxşı münasibət qururlar. Əslində polisin banka qarşı əməliyyat keçirəcəyini anlayan girovlar onları girov götürən soyğunçulara bu barədə xəbərdarlıq edirlər. 131 saatın sonunda banka gözyaşardıcı qaz vurulur. Sağ qalan girovlar hətta quldurların müdafiə xərclərini və vəkil haqlarını ödəyirlər. Bu ağlasığmaz hadisədən sonra qəzetlər “Bankdan pul oğurlanmadı, amma bəzilərinin ürəyi oğurlandı” manşetləri ilə dolue. Üstəlik, girovlardan biri azadlığa çıxandan sonra nişanlısını atır və quldurla evlənmək üçün onun həbsdən çıxmasını gözləyir.

 

Daha sonra ədəbiyyata Stokholm sindromu daxil olur.

 

Bu hadisədən sonra kriminoloq və psixiatr Nils Bejerot 1973-cü ildə Stokholm Sindromu terminologiyasını təqdim edir. Termin tərifi belədir: “Girovların əsirlik zamanı təcavüzkar və ya soyğunçu ilə psixoloji əlaqə qurduğu vəziyyət. Bu sindrom, girov götürmə, adam oğurluğu və təhqiramiz münasibətlərdə güc balanssızlığı kimi çox spesifik hallardan yaranır”.

 

Hücum edənə rəğbət bəsləmək çox maraqlı deyil?

 

Bəs, sindromun təsirləri davam edirmi?

 

Təəssüf ki, bəli edir. Hadisədən illər sonra girovlardan biri müsahibəsində deyib: “Soyğunçu məni öldürməyəcəyini, sadəcə ayağımdan vuracağını söylədi. Onun nə qədər düşüncəli və mehriban olduğunu düşündüm” deyir. Üstəlik, bank quldurluğu hadisəsinin üstündən illər keçməsinə baxmayaraq, girovlar hələ də həbsxanada soyğunçuları ziyarət edirlər.

 

Soyğundan bir il sonra Stokholm sindromunu yenidən gündəmə gətirən hadisə baş verir. Amerikalı bir qəzetçi varisi onu qaçıran şəhər partizan qrupu olan Simbione Azadlıq Ordusuna sadiqliyini etiraf edir. Digər bir hadisə Nataşa Kampuşla bağlıdır. Nataşa ilə onu əsir götürən arasındakı bağ o qədər güclənir ki, Nataşa məruz qaldığı bütün təhqirlərə baxmayaraq qaçmır. Nataşa səkkiz ildən sonra qaçmaq qərarına gəldikdə, onu qaçıran adam intihar edir. Kampuş bu xəbəri eşidəndə sarsılır. Hadisələr yalnız bunlarla da kifayətlənmir; konsentrasiya düşərgəsi məhbuslarında əsgər və mühafizəçilərə, sekta mənsublarında öz liderlərinə, seks işçilərində onları bazara çıxaranlara, qohumluq əlaqəsi qurbanlarında valideynlərinə və ərlərinə qarşı zorakılığa məruz qalan qadınlarda bağlılıq müşahidə oluna bilər.

 

Bu maraqlı sindrom haqqında çoxlu seriallar və filmlər var. Onlardan : “V For Vendetta”, “Dog Day”, “Beauty and the Beast”, “Pələng və Əjdaha”, “The Last Samuray”, “Perfect World”, “Three Days of Vulture”, “Buffalo”, “King Kong”, “Qurdlarla Rəqslər”, “ “39 Addım”, “Stokholm”, “Fərqli Sevgi”, “Zamana Qarşı”, “Quldur”, “Qeyri-adi həyat” və s...

 

Bəs adı sindromun yaranması ilə birbaşa bağlı olan Klarka Olofssonun sonrakı taleyi necə olub? İnanmayacaqsınız, amma Olofsson yenidən həbsxanadan qaçır və yenidən bank quldurluğu edir. Yenə də inanmayacaqsınız, o, tutulur və həbs edildikdən sonra yenidən qaçmağı bacarır. Onun belə cinayəti törətməsi, tutulması və qaçması ardıcıl halda, saysız-hesabsız davam edir. 77 yaşında olan Olofss hal-hazırda Belçikada yaşayır. Adı tarixə keçmiş bu adamın fərqli münasibətlərdən 6 övladı var.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR