Müşviqdən ATV-nin aparıcısına SƏRT CAVAB: "Kişiylə kişi danışar..." - FOTO

Müşviqdən ATV-nin aparıcısına SƏRT CAVAB:

Aktyor Müşviq Şahverdiyev ATV-də yayımlanan "Rəngarəng səhər" proqramına qatılmamasının səbəbini açıqlayıb. 

 

Sfera.az xəbər verir ki, "Xəzər axşamı" verilişinə gələn sənətçi aparıcı Zaur Nəbioğlunun onun haqda dediyi sərt sözlərə belə reaksiya verib:

 

"Birinci dedim ki, vaxtla bağlı problemim var. Evə vaxtında gedə, özümə zaman ayıra bilmirəm. Elə səviyyədəyik ki, hər addımımıza fikir verməliyik. Bəzi verilişlər olur ki, aparıcısı, qoyduğu sual ürəyimcə olmur. Həmin verilişdə olmaq istəmirəm. Heç kimin ailə həyatına qarışmıram. Adi xəbər oxuyanda belə, kimsə evləndi, ayrıldı üstündən keçirəm. Girib içinə oxuyanda, öz həyatını yaşamırsan. Qardaş, kiminsə həyatını müzakirə etmək olmaz, öz ailənə bax. Mən niyə ailə məsələmi efirdə danışmalıyam? Elə verilişlərdən bu tipli mövzulara görə imtina edirəm. Oradakı aparıcıların məntiqsiz sualına görə getmirəm. Özümə hörmət edirəm.

 

Nə deyirlər, komediya aktyoruyam, amma elə həddə gələndə sərt cavab verərəm. Arvad kimi efirdə danışmaram. Birbaşa sizə gələrəm, çağıraram və danışaram. Efirdə qılıncımı çıxarmaram. Kişi kişi ilə camaat qarşısında danışmaz. Qeybət xanıma aiddir, kişiylə kişi danışar, nəyinsə səbəbini öyrənər".

 

Qeyd edək ki, Müşviqin həyat yoldaşı Aynurə ilə ayrılma xəbərindən sonra Zaur onu proqrama dəvət etmiş, qarşı tərəf isə söz versə də getməmişdi. 


OXŞAR XƏBƏRLƏR

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...

Leyla Əliyeva yenilənən növbəti həyətin AÇILIŞINDA -FOTO

İyulun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Y...

Bakının bu əraziləri yenidən qurulacaq

"Papanin", “Kubinka” və digər ərazilərdə yenidənqurma işləri görüləcək.   Sfera.az xəbər verir ki, bu barədə memar Cahid Həsəno...