Təmsilçimizdən Dünya Kubokunda bürünc medal

15:05 / 14.10.2023
9687
Milli komandamızın triatlonçusu Rostyslav Pevtsov Çinin Çenqdu şəhərində keçirilən Triatlon üzrə Dünya Kubokunda 3-cü yerə çıxıb.
Sfera.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən yarışda finişə eyni göstəricilərlə çatan 2-ci və 3-cü yerlərin qalibləri “Foto finish” ilə təyin olunub.
Qeyd edək ki, Pevtsov yarışın qalibindən cəmi 6 saniyə geridə qalıb.