Putinin Cənubi Qafqazla bağlı siyasəti DƏYİŞİR - Nələr olacaq?

Putinin Cənubi Qafqazla bağlı siyasəti DƏYİŞİR - Nələr olacaq?

Rusiya prezidenti Vladimir Putin ötən gün MDB Dövlət Başçıları Şurasının iclasında Bakı ilə İrəvan arasında danışıqların Moskvada aparılmasını təklif edib.

 

“Gündəmdə Azərbaycanla Ermənistan arasında uzun müddətdir, davam edən münaqişəyə son qoymaq üçün sülh müqaviləsinin hazırlanması məsələsi var. Rusiya tərəfi, əlbəttə, bu işdə tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırdır. Xüsusilə, biz danışıqların Moskvada təşkilinə hazırıq”, deyə o, söyləyib.

 

Bununl bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Moskva regionda yeni reallıqların yarandığını və bu reallıqların müəllifinin rəsmi Bakı olduğunu anlayır:

 

“Kremlin asanlıqla bölgədən çıxmaq fikri yoxdur. Amma Cənubi Qafqazda yaranan yeni imkanlar Rusiyanı bu reallıqlara uyğun davranmağa məcbur edir. Şimal qonşumuz başa düşür ki, ehtimal edilən sülh müqaviləsindən sonra daha sülhməramlılara ehtiyac qalmayacaq. Bu isə Moskvanın bölgədəki təsir gücünün azalması deməkdir. Amma Rusiya həm də Qərbin, o cümlədən Fransanın bölgəyə soxulmaq cəhdlərini anlayır. Odur ki, təşəbbüskarlığını artırır. Rusiyanın  iştirakı ilə üçtərəfli təmasların intensivləşməsi, yeni fürsətlərin ortaya çıxması, sülh müqaviləsi istiqamətində atılacaq addımlar, o cümlədən müqavilənin imzalanması kənar aktorların fəaliyyətini bloklayacaq. İndiki məqamda Rusiyaya lazım olan da məhz budur”.

 

Müsahibimiz bildirib ki,  nazirlər səviyyəsində üçtərəfli görüş təklifini qiymətləndirmək lazımdır:

 

“Xüsusilə indiki məqamda, yəni İrəvanla Moskva arasında "soyuq küləklər”in əsdiyi zamanda hansısa irəliləyişə nail ola bilərik. Rusiya Cənubi Qafqazla bağlı siyasətini dəyişib. Daha doğrusu, reallıqlar olduğu kimi qəbul etməyə, imperialist ab-havadan çəkinməyə məcbur olub. Rəsmi Bakı bundan istifadə edərək maraqlarını təmin edə bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Butan Krallığının Baş naziri Azərbaycana səfərə gəldi

Butan Krallığının Baş naziri Tişerinq Tobqay BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etm...

Bələdiyyə sədri Ebruya bu qədər qonorar verdi - ŞOK MƏBLƏĞ

Müğənni Ebru Gündeşin Ankarada konsert vermək üçün aldığı qonorar üzə çıxıb.    Sfera.az xəbər verir ki, ifaçı 69 milyon lirə ödəniş alıb. &n...

Müsəlman Ağsaqqalları Şurasının sədri Azərbaycana gəldi

Noyabrın 10-da Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə ...

"Evdə tək"in aktyoru yeni seriala çəkilir

90-cı illərin məşhur komediya filmi olan "Evdə tək"in ulduzu Makoley Kalkin uzun aradan sonra yenidən kamera qarşısına keçməyə hazırlaşır.   ...

Qana Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycandadır -FOTO

Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP...

Təhsil işçilərinə yeni kartlar veriləcək - VİDEO

Təhsil işçilərinə güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları veriləcək.   Sfera.az-ın məlumatına görə, kartların veriləcəyi şəxslər müə...