Təyyarə pəncərələrinin oval formadan kvadrata dəyişdirilməsi neçə nəfərin ölümünə səbəb olub? - Çörçil məsələyə necə qarışıb?
Bu gün təyyarə pəncərələrinin oval formasının arxasında bir fəlakət zənciri var. Haqqında bəhs edəcəyimiz məsələ o qədər böyük təsir bağışlayıb ki, aviasiya tarixini tamamilə dəyişib.
Sfera.az bildirir ki, 1950-ci illərdə aviasiya böhranı elə bir həddə çatıb ki, hətta baş nazir Uinston Çörçill hərəkətə keçməli olub.
Hər şey şəkildə gördüyünüz bu təyyarə ilə başlayıb:
Bu sadəcə başqa bir təyyarə deyildi: De Havilland Kometi. O, 1950-ci illərdə ingilislərin əfsanəsi olmağa namizəd idi. Reaktiv təyyarələr əsrini açacaq və qısa məsafəli və aşağı sürəti əvəz edəcəkdi.
Rəqibləri arasında indiki nəhəng “Boeing”in modeli belə olsa, onların hamısını geridə qoyacağı dəqiq idi.
İkinci Dünya Müharibəsi başa çatdıqda, 4 nəhəng reaktiv mühərriki, qeyri-adi dərəcədə böyük düzbucaqlı pəncərələri və sınaq sürüşlərini tamamladı və ilk rəsmi uçuşunu 27 iyul 1949-cu ildə etdi.
İki mühüm xüsusiyyəti qeyd etməyi unutmayaq: Kometa saatda 800 kilometri keçə və demək olar ki, 13 min metr yüksəklikdə kruiz edə bilərdi.
Uçuşlar getdikcə genişləndi, bir çox aviaşirkətlər “Comet”in alıcısı oldular.
3 il sonra “Comet” “British Overseas Airways Corporation”a məxsus London-Yohannesburq uçuşunu rəqiblərindən 6 saat qısa: 23 saat 34 dəqiqəyə başa vurdu.
Bu qədər tərifdən sonra ki, təxmin edirsiz ki, uğursuzluqları sadalamağa başlayacayıq. Kometin hidravlik sistemləri ilə bağlı bəzi problemlər var idi, elektrik sistemləri həddindən artıq qızmaq ərəfəsində idi, yanacağı çox tez tükənirdi, lakin əsl risk dizayn problemlərində gizlənirdi.
Bunların hamısının tədricən həll olunası problemlər olduğu düşünülürdü.
Xırda, gözə dəyməyən qəzalara məhəl qoyulmasa da, 1953-cü ildə Hindistanın Kalkutta şəhərindən havaya qalxdıqdan dərhal sonra “Cometa” qəzaya uğradı və göyərtəsində olanların hamısı həlak oldu.
Bir il sonra Romadan qalxan daha bir “Cometa” havada partladı. Bu dəfə 29 sərnişin və 6 ekipaj üzvü həyatını itirdi.
Rəqəmlər artmağa başlayanda baş verən hər şey böhrana çevrilirdi.
Böhran o həddə çatdı ki, baş nazir Uinston Çörçill müdaxilə etməli oldu.
O, təyyarənin səbəbsiz yerə niyə partladığını anlamaq üçün komanda yaratmağa kömək edib.
Aviasiya tarixindəki bu çaşqın hadisələrə aydınlıq gətirilməli idi, çünki yalnız bir səbəbdən baş verən bu hadisələr günahsız insanların itkisinə səbəb olurdu. Sənaye üçün bədbəxtliyin başqa bir tərəfi hadisələrin insanların təyyarələrə olan inamını sarsıtması idi.
Nə baş verdiyini anlamaq üçün bir kometə təzyiq edildi, təyyarə su anbarına batırıldı.
Təyyarə təxminən 9000 uçuş saatına bərabər təzyiqlə qarşılaşdıqda səbəb aydın oldu.
Təyyarənin daha yüngül olması üçün gövdəsi norma səviyyəsindən çox nazik idi, lakin bu da əsl səbəb deyildi. Hər şeyin mənbəyi “kvadrat pəncərə” seçimi idi. Təyyarə seyr edərkən küncə sıxılmış şüşələr yüksək gərginlik yaradıb və bir müddət sonra çatlamış şüşələr gövdəyə ziyan vuraraq təyyarənin yarıya bölünməsinə səbəb olub.
Bu fəlakətlər zəncirindən sonra təyyarə pəncərələri oval formada dizayn edilməyə başlandı.
Beləliklə, gövdədəki gərginlik bir yerdə cəmlənmir və təzyiq fərqləri təyyarəyə zərər verə bilmirdi.
Bu arada aviasiya tarixində inqilab edən “Comet”in sonrakı taleyindən danışaq. Dizaynı yenilənən “Comet” yeni adlarla satışa çıxarılsa da, reputasiyası o qədər zədələnmişdi ki, bir daha məşhurlaşa bilmədi.
Sadə bir dizayn detalının aviasiya tarixini formalaşdıracağını kim təxmin edə bilərdi ki???
Aysel
Sfera.az