Pişik, cəsəd və zibil daxil olmaqla hər şeyi yeyə bilən insan

Pişik, cəsəd və zibil daxil olmaqla hər şeyi yeyə bilən insan

Sevimli bir pişik görəndə və ya körpəni sığallayanda, demək olar ki, çoxumuz: "Ay alllah sən nə şirinsən, səni yeyərəm!" kimi şeylər deyirik. Əlbəttə ki, biz heç vaxt onları həqiqətən yeməyi nəzərdə tutmuruq. Tarixdə isə bunu həqiqətən edən bir adam olub.
 

Sfera.az pişikdən körpəyə qədər tapdığı hər şeyi yeyən və heç vaxt doymayan adam haqqında yazı təqdim edir.


1972-ci ildə Fransada doğulduğu güman edilən Tarrarenin dəhşətli iştahı var idi. Bir adamı belə doyurmağın çətin olduğu bir dövrdə dörd nəfər üçün yemək yeyən Tarrare bu səbəbdən ailəsi tərəfindən qovulub. Evdən qovulduqdan sonra, sağ qalmasını təmin etmək üçün o bir sirkdə işləməyə başlayıb. Təbii ki, hamının diqqətini çəkib. Çənəsindəki eybəcərlik sayəsində ağzını geniş açaraq, alma ilə dolu səbəti bir anda uda bilirdi. İnsanlar bundan qorxsalar da, iyrənsələr də, maraqlarını cilovlaya bilməyib tamaşaya baxmaq üçün növbəyə düzülüblər.


Fahişələrdən, küçə qadınları və sərxoşlardan ibarət tamaşaçıları razı salmaq asan deyildi.


Ona görə də verilişini daha maraqlı etmək istəyən Tarrare bir gün qarşısından keçən pişiyi bir dişləmdə udub. Şouları getdikcə iyrəncləşən gənc adam tapdığı hər şeyi: itlərdən tutmuş, ilan balığına qədər diri-diri yeyir, qanlarını içirdi. Sonrakı illərdə Tarrareni müayinə edən həkimin qeydlərinə görə heyvanlar da onu tanıyıb və onu görəndə təlaş içində qaçıblar.


O, psixi cəhətdən sağlam idi, sadəcə doymaq bilmirdi.


Heç vaxt doya bilməyən və heyvandan tutmuş zibilə qədər tapdığı hər şeyi yeyən bu adamın çəkisi 100 kilo olsa da, bədəni deformasiyaya uğramışdı. Qarın dərisi dizlərinə qədər sallanır, yemək yeyəndə qarnı nağara kimi şişirdi. Yanaqlarından asılmış dəri fil qulaqlarına bənzəyirdi. Adam o qədər tərləyirdi ki, ondan kanalizasiya qoxusu gəlirdi. Hərəkətləri və xarici görünüşü ilə kifayət qədər qəribə olan bu adam tamamilə ağlı başında idi. Tarrarenin yeganə problemi onun daim ac olması idi.


Əsgərliyə gedəndən sonra həkimlərin də diqqətini çəkib.


Fransa gərgin müharibə dövründə olarkən Tarrare orduya yazılır və şou-biznesdən uzaqlaşır. Lakin onun ön cəbhədə xidmət etməsi məqsədəuyğun hesab olunmadığından, arxa cəbhədə qalıb. Ordunun məhdud təchizatı səbəbiylə çətinlik çəkən Tarrare iki həkim tərəfindən maraqlı bir hadisə olaraq görülüb və müayinə olunmağa başlayıb. Onlarla insanın yeməyini eyni anda yeyə bilən və hələ də doymayan adamın sirrini həll etmək istəyən Dr. Courville və Dr. Baron Persi Tarrareni bir çox sınaqlardan keçirib. Lakin dövrün şərtləri bu maraqlı vəziyyətə aydınlıq gətirmək üçün yetərli deyildi.
 

Mədəsi ilə gizli mesajları daşıya bilən agent


Bu qəribə əsgər təkcə həkimlərin deyil, general Aleksandr de Beauharnaisin də diqqətini cəlb etməyi bacarıb. Fransa-Prussiya müharibəsi zamanı Tarraredən gizli yazışmalar aparan agent kimi istifadə etmək istəyən generalın ağlına çılğın bir fikir gəlib. Təcrübə sadə idi: Tarrare taxta qutuya qoyulmuş məktubu udmaq üçün istifadə ediləcəkdi. Onların təcrübəsi uğurlu oldu və ifrazat yolu ilə buraxılan qeydlərin oxunaqlı olduğu görüldü. Taktika işə düşəndə ​​Tarrare Prussiya kəndlisi qiyafəsində qeydini udub yola düşür. Onun missiyası əsir götürülmüş fransız polkovnikinə gizli mesaj çatdırmaq idi.
 

Tezliklə özünü ələ verəndə missiya uğursuz oldu.
 

Prussiya ordusuna sızan əsgər qəribə görkəmi ilə dərhal diqqətləri üzərinə çəkib. O, almanca bir söz bilmədiyi üçün özünü ələ verib. Tarrare işgəncələr nəticəsində vəzifəsi haqqında danışmağa məcbur olub. Nəticə, qeydi oxumazdan əvvəl Tarrarenin tualetə getməsini saatlarla gözləyən Prussiya əsgərlərini məyus edib. Çünki qeyddə real məlumat yox idi. Çünki general Tarrarenin tutula biləcəyi ehtimalını əvvəlcədən düşünmüşdü. Buna görə də o, sadəcə mesajın çatdırılıb-çatdırılmadığını soruşan bir qeyd yazmışdı. Bu hadisədən sonra kasıb, yazıq görünən bu Terrari casusluq ittihamı ilə ölüm cəzasına məhkum edilsə də, prussiyalı generalın ona yazığı gələrək ordusuna qayıtmasına icazə verir.

 

Orduya qayıdan Tarrarenin aclığı günü-gündən artırdı. Həkim Persi onun iştahını cilovlamaq üçün bütün mümkün üsulları sınayıb, lakin uğursuz olub. Bir gün doyumsuz əsgər meyitxanada meyit yeyərkən yaxalanıb. Nəhayət, ən sonda 14 aylıq körpənin itməsi ilə hər şey nəzarətdən çıxıb. Körpəni yeyib-yemədiyi dəqiq bilinməsə də, onu ordudan tərxis ediblər.


Son dərəcə qeyri-sağlam qidalanan Tarrarenin ölüm səbəbi isə vərəm olub.


Onun ölüm xəbərini alan Baron Persi yarılma üçün Tarrarenin cəsədinin yanına gedib. Müayinə zamanı onun qaraciyərinin çox iri olduğu, bağırsaqlarının tamamilə çürüdüyü görülüb. Tarrarenin mədəsi bütün qarnını örtəcək qədər böyük idi və xoralarla dolu idi. İyrənc qoxusu ölümündən sonra daha dözülməz hala gəldiyi üçün həkim yarılmadan imtina edərək, işi yarıda saxlamalı olub. Doymaq bilməyən adamın sirri isə heç vaxt açılmayıb.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Taleyüklü məsələlərin həllində şəxsiyyət faktorunun rolu əvəzsizdir - RƏY

Dünya təcrübəsi sübut edir ki, tarixdə şəxsiyyət faktorunun rolu danılmazdır. Beynəlxalq hüququn və ədalət anlayışının geosiyasi maraqlara qurban verildiyi müas...

Faciəvi şəkildə ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı

Dünən paytaxtın Qaradağ rayonunda 3 nəfərin ölümü ilən nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.   Sfera.a...

Prezident forum iştirakçılarına müraciət ÜNVANLADI - YENİLƏNDİ

Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun işt...

Bu şəxslərə 6 min manat ödəniləcək - Müraciət üçün lazım olan SƏNƏDLƏR

“Azərbaycan Prezidenti İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna ...

Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı

Dekabrın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  ...

"Qarabağ" 99 qolla 2024-cü ilin ən yaxşı komandası OLDU

"Qarabağ" 99 qolla 2024-cü ilin ən yaxşı komandası olub.   Sfera.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 36...