Adi bir qadının portreti kimi tanınan “Mona Liza” necə dünyanın ən məşhur rəsminə çevrildi?

Adi bir qadının portreti kimi tanınan “Mona Liza” necə dünyanın ən məşhur rəsminə çevrildi?

Leonardo da Vinçi deyiləndə ilk ağlına onun ən məşhur tablosu Mona Liza gəlir. Rəssamın sağlığında heç də əhəmiyyətli bir əsər olmayan “Mona Liza” illər sonra məşhurlaşaraq dünyanın ən məşhur tablosuna çevrilib. Bəs necə oldu ki, “Mona Liza” birdən-birə dünyanın ən məşhur rəsminə çevrildi?

 

Sfera.az sizə bu dəfə Leonardo Da Vinçinin sağ qolu iflic olana qədər üzərində işlədiyi “Mona Liza” tablosunun maraqlı hekayəsini təqdim edir.
Leonardo da Vinçinin məşhur “Mona Liza” tablosu əslində hamımıza tanış olan bir əsərdir.




İncəsənət tarixində inanılmaz dərəcədə əhəmiyyətli bir yerə sahib olan “Mona Liza” əslində çox məşhur bir tablo deyildi və rəssamın sağlığında arxa planda qalıb.

 

Bəs nə oldu ki, Mona Liza birdən dünyanın ən məşhur tablosuna çevrildi?
 

Fransada 35 mindən çox rəsmin nümayiş olunduğu Luvr Muzeyində güllə keçirməz şüşə ilə qorunan yeganə tablo olan “Mona Liza”nın sirli keçmişi, çoxlu oğurluq cəhdləri və təbii ki, şöhrətinin arxasında Leonardo da Vinçi dayanır…


Sənət həyatı boyu bir çox rəsmlər çəkmiş Leonardo da Vinçinin ən məşhur əsərlərini “Son şam yeməyi”, “Vitruvi adam” və “Xilaskar Mundi” kimi sıralamaq olar.
Ancaq onun ən məşhur əsəri olan “Mona Liza”nın tarixi 1503-cü ilə təsadüf edir.
 

1503-cü ildə Florensiyada məşhur tablonu çəkməyə başlayan Da Vinçi əslində italyan ipək taciri Françesko del Cokondanın həyat yoldaşını çəkirdi.
Lisa Gioconda 16 yaşında Françesko ilə pul müqabilində evlənib. Yəni, atasından satın alınıb.


Rəsmdəki qadının Liza Giokonda olduğu bilinsə də, tablonun adı "Xanım Lisa" və ya "Lisa xanım" mənasını verən Mona Lisa adı verilib.
Da Vinçi onu boyayanda Liza 25 yaşında və 4-cü övladına hamilə idi. Rəsmdə Lizanın üzündə acı bir təbəssüm var və bu mimika onun pulla alınaraq, ailə qurması ilə əlaqələndirilir.




Yaradılması 4 il davam edən “Mona Liza” tablosu Leonardo da Vinçi tərəfindən heç vaxt sahibinə təhvil verilməyib. Sənət tarixçiləri bunu rəssamın rəsmə olan sevgisi ilə əlaqələndirirlər.
 

500 ildən çox tarixi olan “Mona Liza”nın yeganə nümunəsi Luvr muzeyində sərgilənsə də, Leonardo da Vinçinin tələbələri tərəfindən hazırlanmış daha iki nüsxəsi də var.


Sağ qolu iflic olana qədər “Mona Liza”nı çəkməyə davam edən Da Vinçi Mona Lizanın diqqət çəkməsi üçün sağlığında bir çox dəyişikliklər etmişdi.
Rəssam qadını rəsmdə çarpaz formada yerləşdirib ki, bu da o zaman böyük səs-küy doğurub.




Rəsmdə diaqonal yerləşdirmə ilə yanaşı, stufamo adlı yeni texnikadan da istifadə edən rəssam tablonu çox incə təbəqələrlə çəkib və quruyanda yenidən eyni texnikanı tətbiq edib.

 

Təbii ki, Leonardo da Vinçinin gözəl işi tablonu çox məşhurlaşdırsa da, “Mona Liza”nın məşhurlaşmasının əsl hekayəsi 1911-ci ilə təsadüf edir.


21 avqust 1911-ci ildə Luvr muzeyində “Mona Liza”nın asıldığı divarın boş olduğu müşahidə edilib.


 

“Mona Liza” oğurlandıqdan sonra muzey bir həftə bağlanıb və araşdırmalar aparılıb.


Polis rəsm üçün pul tələbi gözləsə də, belə bir tələbin olmaması vəziyyəti daha da qəribə və mürəkkəb edib. Hətta Pablo Pikasso Avropada böyük əks-səda doğuran Mona Lizanın oğurluğunda şübhəli bilinib.

 

“Mona Liza”nın oğurlanmasından 3 il sonra Vinçenso Peruggia adlı şəxs tablonu İtaliyada bir muzeyə satmaq istəyərkən yaxalanıb.


“Mona Liza” 3 il sonra tapılaraq İtaliyadan Fransaya gətirilərək Fransanın milli simvoluna çevrilib. Beləliklə, oğurlanmış rəsm birdən məşhur olub.
 

Bir çox fransız rəssamı “Mona Liza”nın belə məşhur bir rəsmə çevrilməsini istəmirdi.


“Mona Liza”ya etiraz olaraq saqqal və bığ çəkən rəssamlar yeni bir sənət cərəyanı olan Dadaizmin yaranmasına səbəb oldular.
 

Hal-hazırda belə bu rəsm əsəri sosial-şəbəkələrdə bir çox caps və memlərə mövzu olmaqda davam edir.
 

Zamanla şöhrət qazanan “Mona Liza”ya bir çox protestlər olub.


Muzeyə gələn bir neçə nəfərin daşqalaq etdiyi, hətta turşu tökdüyü rəsm, hücumlardan sonra gülləkeçirməz şüşə arxasında nümayiş etdirilməyə başlanıb.

Həmçinin əsrlər boyu sənət tarixçilərindən tutmuş tənqidçilərə, akademiklərdən tutmuş turistlərə qədər dahi rəssamın bu məşhur əsərini araşdırıb, sirlərini açmağa çalışıblar.


Bu yaxınlarda isə irəli sürülən bir fikir çox mübahisə yaratmışdı.
 

Da Vinçinin 16-cı əsrdə çəkdiyi bu sirli fiqurun kimliyi, görünüşü və niyə çox gülmədiyi həmişə müzakirə mövzusu olub.


Sənətşünas Conatan Cons irəli sürdüyü nəzəriyyəyə görə, “Mona Liza” nın gülməməsinə səbəb, cinsi yolla keçən Siflis xəstəliyi olub.


Təbii ki, Liza del Cokondo (Mona Liza) o vaxt çəkdiyi pozanın dünyanın ən məşhur portretinə çevriləcəyindən xəbərsiz olub.


Cons nəzəriyyəsinin əslində heç bir əsası yoxdur. Bir sənət əsərindəki fiqurun sifilis olduğunu iddia etmək olmaz.


Consun bu mövzuda ən əhəmiyyətli sübutu isə Florensiyada bir monastırın reyestrində Del Giocondonun əczaçıdan "ilbiz suyu" almasıdır.


Bu, ilk baxışdan sizə qəribə görünə bilər. Lakin ilbiz suyu orta əsrlərdə cinsi yolla keçən xəstəliklərə qarşı antidot idi.
 

“Mona Liza”nın çəkildiyi dövrdə sifilis bütün Avropaya yayılırdı.


Bir sözlə, Del Giocondonun yoluxmuş ola biləcəyi cinsi pozğunluqları nəzərə alsaq, onun sifilis xəstəliyinə tutulduğundan çox şübhələnirlər.
 

Yəni, yazıq Mona Liza bu vəziyyətdə necə gülümsəsin?
 

Consun sözlərinə görə, üzündəki və gözlərinin ətrafındakı kölgələr onun vəziyyətinin əlamətləridir.


Ətrafındakı yaşılımtıl işıq onun xəstəliyinin miazmı ola bilər. Həm də çox göz təması qura bilmir və yorğun görünür. Qeyri-müəyyən təbəssümü xəstəliyini və kədərini örtməyə kifayət etmir.
 

(Miasma: Mikrob, virus, bakteriya və s. kimi orqanizmlərin bilinmədiyi qədim dövrlərdə epidemik xəstəliklərə səbəb olduğuna inanılan faktor).
 

Düzdür, Cons özü də etiraf edib ki, onun nəzəriyyəsi bir qədər “çevik”və “tələskən”dir.


Sonda onu da qeyd edək ki, ictimai mülk kimi təsnif edilən “Mona Liza”nın satışa çıxarılması qəti qadağandır.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...