“Lənətlənmiş” portret yenidən xaos yaradıb - FOTOLAR
Dəhşətli hadisələrin bütün silsiləsi gənc qızın təsvir edildiyi “lənətlənmiş" rəsmlə bağlıdır. Hər şey Londonun turistik yerlərindən birinin onu 1600 funt sterlinqə rekvizit kimi almağa qərar verməsindən sonra başlayıb.
Belə ki, bu “lənətlənmiş” portret iki dəfə satılsa da, dəhşət və qorxu ilə geri qaytarılıb. Qaytarılma səbəbi də eyni olub: “Bu tablo lənətlənib”.
Sfera.az bildirir ki, bu yaxınlarda İngiltərədə bir mağazada satılan gənc qızın portreti sosial mediada diqqət çəkib. Mağaza sahibi rəsmin iki fərqli şəxsə satıldığını və hər ikisinin eyni səbəblərə görə onu geri qaytardığını dedikdən sonra rəsm bütün İngiltərədə "lənətlənmiş" sayılıb. Bəzi sosial media istifadəçiləri hekayənin doğru ola biləcəyini iddia edərkən, bəziləri bunun rəsmin dəyərini artırmaq üçün uydurulmuş bir hekayə olduğunu bildirib.
İngiltərənin Sasseks bölgəsindəki bir mağazada satılan gənc qızın portretindən ibarət olan rəsm ölkədə həqiqətən sirrli bir vəziyyət yaradıb. Təxminən 50 azn-ə satılan tablonun ilk sahibi böyük panika və qorxu içində tablonu geri qaytarıb. Yenidən satılan tablo bir neçə gün ərzində ikinci sahibi tərəfindən də geri qaytarılanda mağaza sahibi:
“Yəqin ki, lənətlənib. İki dəfə satılıb, ikisində də geri gətirilib. Bəs siz necə? Kifayət qədər cəsarətlisiniz?” qeydini əlavə edərək portreti yenidən satışa çıxarıb.
“The Sun”a danışan mağaza sahibi Stiv:
“Tablonun ilk sahibi satışdan 2 gün sonra böyük panika və qorxu içində tablonu geri gətirdi. O, portretin gözlərinin hərəkət etdiyini və tablonun onu narahat etdiyini dedi. İkinci qadın onu alandan az sonra eyni sözləri deyərək geri qaytardı. Beləliklə, biz rəsmin lənətləndiyini bildirən kiçik bir qeyd əlavə etdik. İnsanlar indi bura axışırlar. Bizə zəng edən insanlar, ala biləcəkləri başqa lənətlənmiş əşyalarımız olub-olmadığını soruşurlar. Maraq, portretin ikinci alıcısını geri qayıtmağa və onu yenidən almağa vadar etdi”- deyə bildirib.
Rəsmi ikinci dəfə alan 36 yaşlı Zoe Elliot Braun ailəsində lənət qalmaması üçün onu adaçayı ilə dolu qutuda saxladığını bildirib: “Rəsmi ilk dəfə evə gətirəndə itim ona baxmağa və dayanmadan hürməyə başladı və ətrafında olmaq istəmədi. İlk gecə kiminsə qapını döydüyünü eşitdik, amma heç kim yox idi və bu hal üç gün ardıcıl davam etdi. Mən sevgilim Ben ilə gəzintiyə çıxanda fırtına qopdu və ikimiz də böyük bir qara fiqur gördük. Rəsmi geri qaytarmaq üçün St Leonardsa gedəndə təkərimə bir vint ilişdi” -deyib.
Rəsmi qaytardıqdan sonra da ailəsinin təhlükəsiz olmadığını hiss etdiyini dilə gətirən Braun:
“Ailəm və özüm təhlükəsiz olaq deyə rəsmin götürülməsini istədim. Ona görə də onu yenidən aldım. Evə gətirərək, adaçayı qutusuna qoyub getdim".
Daha sonra yenidən üçüncü dəfə portret geri qaytarılıb (Braun ailəsində sonrakı hadisələr barədə barədə hələlik təfərrüatlar yoxdur). Portreti Londonun turistik məkanlarından biri olan “London Bridge Experience” dəhşət otağı üçün rekvizit kimi 1600 funta alıb.
O vaxtdan etibarən, işçilərin fikrincə, xaos başlayıb.
Əməkdaşlar hesab edirlər ki, qarşılaşdıqları bir sıra insidentlərə görə gənc qızın “lənətlənmiş” rəsm əsəri günahkardır.
Obyektdə fotoaparat və televizorlar sıradan çıxıb, “Wifi” fəaliyyətini dayandırıb. Problemi aradan qaldırmaq üçün çağırılan texniki mütəxəssislər səbəbi tapa bilməyiblər. Üstəlik, menecer Ceyms Kislinqberinin maşını tablonu götürmək üçün sürərkən xarab olaraq, qəza törədib. Nəticədə o, körpücük sümüyündən xəsarət alıb.
İşçi Şennon Faqan işləyərkən qara yubkada xəyalpərəst bir fiquru necə gördüyünü təsvir edib.
"Biz eBay-də yeni şoumuz üçün rekvizit axtarırdıq və bu portretlə qarşılaşdıq. Bu, Ceymsi bir növ şirnikləndirdi. Portreti götürmək üçün əvvəlki sahibinin evinə gedəndə (Braun ailəsi-red.) it dəli oldu və geri qayıdarkən avtomobilində problemlər yarandı. Artıq bir aydır ki, portret bizdədir və biz onu açıb divara asdığımızdan bəri vəziyyət daha da pisləşib”.
Paranormal hadisələrə baxmayaraq, Şennon tablonu atmaq fikrində olmadığını və “London Bridge Experience” əməkdaşlarının qeyri-adi "fəaliyyətə" öyrəşdiyini bildirib.
Aysel
Sfera.az