Şahzadə Diananın ikonik saç düzümünün sirri nə idi? - FOTOLAR
Şahzadə Diananın qısa və qatlı saçları onun haqqında xatırladığımız ən qalıcı stil detallarından biridir. Ledi Diananın ikonik saç düzümü hekayəsini eşidənləri bir qədər təsirləndirir. Şahzadə Diananın saçları niyə qısa idi?
Sfera.az bu sualın cavabı barədə maraqlı məlumatı təqdim edir.
Həyat hekayəsi və söylədiyi sözlərlə təkcə yaşadığı dövrü deyil, digər illəri də təsirləndirməyi bacaran xanım Diana müsahibələrinin birində məşhur:
“Qaydalara uyğun hərəkət etmirəm. Məni ağlım yox, ürəyim idarə edir”- sözlərini deyib. İkonik ulduzun bu açıqlaması onun həyat tərzi və stil qərarları ilə birləşir ki, bu da onu stil ikonasına və milyonlarla insanın heyranlıqla xatırladığı bir xarakterə çevirən ən mühüm xüsusiyyətidir. O dövrdə bir çox qadın uzun saçlara üstünlük verdiyi halda, Diana qısa saçlara üstünlük verirdi.
Bəs Şahzadə Diananın saçları niyə qısa idi?
Bu maraqlı sualın cavabı xəbərimizin təfərrüatlarındadır.
1997-ci ildə Fransanın paytaxtı Parisdə paparassilər tərəfindən təqib edilərkən yol qəzasında dünyasını dəyişən Şahzadə Diananın məşhur qısa saçını yaradan şəxs Sem Maknayt olub. 1990-cı ildə “Vogue” jurnalının üz qabığında Diana ilə birlikdə işləyən saç ustası Sam McKnight Diana haqqında: “O, işləməyə başladığımız andan hamımızın tamamilə rahat hiss etməsinə şərait yaradıb. Onun hər zaman bütün əsəblərinizi dəf etmək, gülmək və zarafat etmək üçün gözəl bir yolu var idi" - deyir.
Kraliça Elizabetlə gördüyünüz bu fotosessiya zamanı MakNayt Diananın saçlarını tacının altına yığaraq daha qısa görünməsini təmin edib. Diana bu görünüşünə o qədər heyran olub ki, McKnight-dan tövsiyə alıb:
“Saçımı kəsdirsəm, nə məsləhət verərdin”?
“Mən bunu çox qısaldardım" - deyə McKnight bildirib.
Həmin gündən sonra Diananın qısa saç düzümü ortaya çıxıb. Diananın uzun müddət istifadə etdiyi bu qısa saç düzümü bir çox gənc qız üçün ilham mənbəyi olub.
McKnight deyir: "Bu, güclü geyinmə və supermodellər dövrü idi və daha qısa, daha zərif saçlara doğru bir hərəkət var idi.
80-ci illərin süniliyindən uzaq və azad”…
O vaxtdan McKnight Diananın bərbərinə çevrilib. Hətta Afrika və Yaxın Şərqə humanitar səfərlərində onu müşayiət edib. O, hətta Şahzadə Uilyam və Şahzadə Harrinin də saçlarını da kəsib.
Diananın saç modeli “pixie” saç düzümü" Dianadan sonra getdikcə populyarlaşdı. O dərəcə ki, bir çox insan əllərində Diananın fotoşəkilləri ilə bərbərlərə gedib. Pixie saç düzümü bu gün də qadınlar tərəfindən tez-tez seçilən və həm də qadınsı (feminen) görünüşü verən qısa qatlı saç düzümüdür.
Mərhum kraliçanın kosmetika kimyaçısı Şahzadə Diananın ikonik saç düzümünün xüsusi hazırlanmış saç lakı ilə yerində saxlanıldığını bildirib.
20 yaşlarında olan Sheri Ladov Funschın dediyinə görə, Diana ondan ictimai çıxışlar üçün vertolyotda uçarkən, saçlarını külək dağıtmasın deyə, xüsusi düstur yaratmağı istəyib:
"Mən o zaman onunla və onun bərbəri Sam McKnightla çox yaxından işləyirdim" -deyir.
“LaDove Inc.”in baş direktoru olan 57 yaşlı Ladov Funsch qeyd edir ki, Diana yumşaq görünən və onun gənc, zərif görünüşünü pozmayacaq güclü saç lakı istəyirdi.
"O, çox gənc və gözəl olduğu üçün saçlarını bir-birinə yapışdıracaq heç nə istəmirdi".
Beləliklə, bir sıra sınaq və çətinliklərdən sonra mükəmməlləşən "vertolyot saç lakı" yaradıblar. Axtarış kral tərəfindən təsdiqlənmiş məhsula görə nadir inqrediyentləri tapmaq üçün çoxlu beynəlxalq səyahətləri - meşələri və ekzotik yerləri kəşf etməyi əhatə edirdi. Dianaya iki xüsusi saç spreyi hazırlanıb. Onlar xüsusi inqrediyentlərdən istifadə etməklə yaradılıb. Xüsusilə rezin qatranı ağacdan əldə edə biliblər.
Bundan əlavə, lakın Diananın qiymətli tacları taxarkən istifadə edə biləcəyi bir versiyası yaradılıb.
Aysel
Sfera.az