İsraildə yeniyetmə HƏMAS-ın vəhşiliklərini tərifləyib - Anası ilə birlikdə həbs edildi
İsrail polisi, sosial mediada HƏMAS-ın israilliləri öldürdüyünü tərifləyən videonu yaydığı üçün Kafr Qassemdə 14 yaşlı bir gənci həbs etdiklərini bildirib.
Sfera.az bildirir ki, yeniyetmə terrora təhrik və dəstək verməkdə şübhəli bilinir.
Onu polis idarəsinə müşayiət edən 14 yaşlı anası da polis əməkdaşına zorakılıq etdiyi üçün həbs edilib. Bundan əlavə, qadının hüquq-mühafizə orqanlarının əməkdaşlarına “irqçi epitetlər” dediyi bildirilir.
Bu gün hər iki şəxsə qarşı ittiham irəli sürüləcəyi gözlənilir.
Polis xüsusilə müharibə zamanı düşmənə dəstək və ya terrora təhrik edən hər hansı təzahürlərə sıfır dözümlü olacaqlarını bildirib.
Qeyd edək ki, otyabrın 7-də Həmas Qəzza zolağından İsrailə hücum edib. Xüsusilə, iki mindən çox raket atılıb, bundan sonra yaraqlılar ölkəni işğal etməyə başlayıb. İDF hərbi vəziyyət elan edərək, “Dəmir Qılınclar” əməliyyatına başlayıb. Oktyabrın 8-də İsrail rəsmən müharibə elan edib və 1973-cü ildən bəri istifadə olunmayan “Aleph 40”ı tətbiq edib.
İsrail ərazisi gecə saatlarında Qəzza zolağında yerləşdirilən HƏMAS yaraqlıları tərəfindən kütləvi raket hücumuna məruz qalıb.
Media HƏMAS-ın İsrailə 5 min raket atdığını iddia edir. Təl-Əviv də daxil olmaqla ölkənin cənubu və mərkəzi vurulub. Mülkilərin öldürüldüyü bildirilir. Yaraqlılar İsrail ərazisinə soxulub.
HƏMAS Əl-Əqsa tufanı adlı əməliyyata başladığını açıqlayıb.
İsrail Müdafiə Qüvvələri müharibə hazırlığı vəziyyəti və ehtiyatda olan hərbçilərə çağırış elan edib.
Yerli mənbələr bildirir ki, İsrail Müdafiə Qüvvələrinə məxsus onlarla təyyarə Qəzza zolağında Həmas yaraqlılarına qarşı zərbələr endirir.
Oktyabrın 9-da səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına zərbələrini davam etdirdiyi məlum olub. Media bildirir ki, Həmas komandanlıq məntəqələri, yaraqlıların yerləşdiyi bina, komanda mərkəzi, əməliyyat aktivləri və kəşfiyyat üçün istifadə olunan obyekt vurulub.
Aysel
Sfera.az