Baş nazirin qayınanası Qəzzada köməksiz vəziyyətdə qalıb: “Bəşəriyyət haradadır?”
Qəzzada köməksiz vəziyyətdə qalan Şotlandiya Baş naziri Həmzə Yusifin qayınanası Elizabeth El-Nakla paylaşdığı görüntülərdə göz yaşlarını saxlaya bilməyib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Elizabeth El-Nakla danışdığı videoda bunları deyib:
"Bu, mənim son videom olacaq. Qəzzadan olan hər kəs bizim olduğumuz yerə doğru irəliləyir. Bir milyon insan. Yemək yox, su yox. Bəşəriyyət haradadır? Allah köməyimiz olsun. Əlvida".
"Qəzzada olan insanların böyük əksəriyyəti kimi, onun da HƏMAS-la heç bir əlaqəsi yoxdur. Ona Qəzzanı tərk etməsi deyilib, amma bütün əhali kimi onun da gedəcək yeri yoxdur", - Şotlandiyanın Baş naziri Yusif qayınanası haqqında bildirib.
Qeyd edək ki, Yusif oktyabrın 9-da verdiyi açıqlamada fələstinli həyat yoldaşının anası və atasının Qəzzada qaldığını bildirmişdi.
İsraillilərin onlara ölkəni tərk etmələrini söylədiklərini, lakin ölkəni tərk etmələrinin mümkün olmadığını bildirən Yusif qeyd edib ki, İngiltərə Xarici İşlər Nazirliyi təhlükəsiz keçidə zəmanət verə bilməyəcək.
Firuzə Əliyeva