Neft Fondunun vəsaitləri 6,5 milyard dollardan çox artıb

Neft Fondunun vəsaitləri 6,5 milyard dollardan çox artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin dəyəri 2023-cü il sentyabrın 30-da 55,524 milyard dollara yüksəlib. 


Sfera.az xatırladır ki, 2023-cü ilin əvvəlində ARDNF-nin 49 milyard dollar aktivi var idi. Doqquz ay ərzində aktivlərin dəyəri 13% və ya 6,5 milyard dollar artaraq son illərin ən yüksək artım göstəricisinə nail olub.


ARDNF-nin aktivlərinin artmasına 2 dəyişiklik daha çox kömək edib.

 

Birincisi dövlət büdcəsinə transfertlərin nəzərdə tutulandan xeyli az olmasıdır. Fond dövlət büdcəsinə 3,55 milyard manat köçürüb ki, bu da nəzərdə tutulandan 5,5 milyard manat azdır. 


İkinci mühüm səbəb isə ARDNF-nin sahib olduğu səhmlərin bahalaşmasıdır. Bu il ərzində səhmlərin qiyməti 11,6 faiz artıb. Həm səhmlərin bahalaşması hesabına əldə edilən gəlir, həm də aktivlərin digər hissəsinin idarəetməsindən daxilolmalar hesabına idarəetmədən 2,65 milyard manat qazanc əldə olunub. 


ARDNF bildirir ki, 2023-cü ildə aktivlərin artımı Fondun büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən, vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.


Vasif



 


OXŞAR XƏBƏRLƏR