"Rusiya “banan" dövləti olacaq, İran parçalanacaq, Fransa isə..." - MARAQLI PROQNOZ
“Ölkəmiz daha da güclənəcək, Rusiya “banan" ölkəsi olacaq, İran parçalanacaq, Fransa…”
Bunu Sfera.az-a açıqlamasında kriptovalyutalar üzrə ekspert, Blokçeyn startapçısı Ömər Qurbanəli yaxın 5 ildə hadisələrin gedişatının necə olacağı barədə təxminlərini bölüşərkən deyib.
Ekspert 2030-cu ilə qədər bir çox vacib siyasi hadisələrin proqnozunu verib:
“2030-cu ilə qədər BMT özünü buraxacaq. İran parçalanacaq, yerində bir neçə dövlət yaranacaq. Alternativ qlobal yollar axtarışı bu səbəbdən var. Azərbaycanın yürütdüyü xarici siyasət çox vizyonludur, ölkəmiz daha da güclənəcək. Fransa nəinki Afrikadakı, bütün müstəmləkələrini itirəcək və zəifləyəcək. Rusiya Ukrayna tələsindən qurtulmasa, daha da çökəcək, bir "banan" ölkəsi kimi olacaq. Ermənistanın Paşinyan getdikdən sonra xaricdən dəstəyi kəsiləcək, sonu qaranlıqdır o əldəqayırma dövlətin. Türkiyə əhalisinin sayı ən az 50% artacaq. Ərzaq qıtlığı, qlobal istiləşmə, pandemiya söhbətləri bir çoxlarının əsəb pozuntusuna səbəb olacaq”.
Ö.Qurbanəli kriptovalyutaların gələcəkdə həyatımıza inteqrasiyasının qaçılmaz olduğunu da vurğulayıb:
“Dünyada söz sahibi İlon Mask kimi internetdə hegomon şirkətləri olanlar olacaq. “Web3”, “Metaverse”, kriptovalyuta, “NFT” və başqa bu qəbildən sözlər bugünün “Facebook”, “Tik-tok”, “Google” terminləri kimi həyatımızın bir parçasına çevriləcək. 2024-cü il Bitcoin halvingindən sonrakı böyük buğa, yəni yüksəliş sezonu 2025- ci ilin qışınadək uzana bilər. Müharibə xəbərlərindən çox şey asılıdır.
Kriptovalyuta və internet sektorundakı digər yeniliklərə dair regulationlar 2026-2028 illərdə daha da sərtləşəcək. Şitcoinlərin dövrü bitsə də, bir çox mərkəzsiz kriptolar reklam olunmadan belə hökmranlıqlarını sürdürəcəklər. Altcoinlər sanki bir hissə sənədi olaraq görüləcək. Yəni, hər kripto mərkəzi birjalara girə bilməyəcək. DEX- lərin dövranı gələcək...”
Firuzə Əliyeva