Lukaşenko SSRİ-ni xatırladı: “Onda hamı bizdən qorxurdu...”
Belarus Prezidenti Aleksandr Lukaşenko MDB-nin Bişkek sammitində Ermənistannın özünü tərəfdaş kimi aparmadığından şikayətlənib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Qərbi MDB ölkələrini zəiflətmək və öz maraqlarına tabe etdirmək cəhdlərindən əl çəkməməkdə ittiham edib.
Lukaşenko müasir dünyada yalnız gücə hörmət edildiyini vurğulayaraq həmfikir ölkələri birliyə və əməkdaşlığa çağırıb. Bu baxımdan Lukaşenko SSRİ dövründə “hamının onlardan qorxduğu” vaxtları da xatırladıb.
"İlk olaraq bizim assosiasiyadan Gürcüstan çıxdı, de-fakto Ukrayna bizimlə deyil. Moldova ilə bağlı böyük suallar var. Təəssüf ki, Ermənistan həmişə özünü tərəfdaş kimi aparmır",- Lukaşenko vurğulayıb.
Belarus lideri deyib ki, olanları kənardan sakit müşahidə etmək olmaz.
"Əks halda biz sadəcə olaraq, parça-parça olacağıq və bundan ilk növbədə adi insanlar əziyyət çəkəcək. Ona görə də biz dövlət başçıları seçicilərimizin iradəsini yerinə yetirməli və heç olmasa vəd etdiyimiz vəzifələri həyata keçirməliyik", - prezident qeyd edib.
Əzizə