İranın Xarici İşlər naziri: “Qəzzadakı vəziyyətə dözməyəcəyik...”

İranın Xarici İşlər naziri: “Qəzzadakı vəziyyətə dözməyəcəyik...”

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Yaxın Şərqə səfəri çərçivəsində Livana gəlib və burada Hizbullah lideri ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb .

 

Nazir Beyrutda bəyan edib ki, İran İsrailin Qəzza xalqına qarşı cinayətlərinə dözməyəcək və müqavimətə güclü dəstək verməyə davam edəcək.

 

“Sabah biz İraq hakimiyyəti və Livan hökuməti ilə Qəzzada vəziyyət və sionist rejimin hərbi cinayətləri ilə bağlı məsləhətləşmələrimizi davam etdirəcəyik”,- o qeyd edib.

 

Bundan sonra nazir Beyrutda Hizbullah lideri Seyid Həsən Nəsrullah ilə görüş keçirib.

 

Bundan əvvəl Abdullahian İsrailin hərəkətlərinə görə yeni cəbhələrin açılmasına icazə vermişdi . Onun sözlərinə görə, Qəzza zolağına elektrik və su təchizatının kəsilməsi hərbi cinayətdir və ikinci cəbhənin açılması ehtimalı qalır.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR