Şəhid və qazi övladları "Möcüzələr Şəhəri"ndə - FOTOREPORTAJ

Şəhid və qazi övladları

Bu gün Bakı Dövlət Sirki "Möcüzələr Şəhəri" adlı Beynəlxalq Su Sirki proqramı ilə yeni mövsümə start verib.  

 

Sfera.az xəbər verir ki, proqram 13 oktyabr - 26 noyabr tarixləri müddətində valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid, qazi ailələrinin uşaqları üçün nümayiş olunacaq.  

 

Bakı Dövlət Sirkinin direktoru Nahid Ağayev proqram haqqında məlumat verib: 

 

 

“Hər il olduğu kimi bu il də yeni mövsümə şəhid və qazi ailələri üçün təşkil olunmuş tədbirlə başlayırıq. Çünki onların ölkəmizin ərazi bütövlüyünün təşəkkül tapmasında əvəzsiz rolları var. Bu tədbir hesabına biz onları sevindirə biliriksə, nə xoş bizə, bizim üçün çox böyük qürurdur.

 

Su Şousu çoxdan gözlənilən proqram idi. Burada sirk nömrələri ilə bərabər bu sahədə mövcud olmuş texniki yeniliklər sintez olunub. İlk dəfə olaraq 100 ton su illüziyası və 600 fontan simfoniyası ilə tamaşaçılar üçün təqdim olunur. Şou artistləri arasında dünya şöhrətli kloun, akrobatlar, gimnastlar, kəndirbazlar, ekvilibristlər də çıxış edirlər.

 

Proqramın süjet xətti var. Əvvəldən axıra kimi bir liman şəhərində baş verən hadisələrdən söhbət gedir. Hadisələri izləyən tamaşaçılar burada möcüzə və əyləncələrin şahidi olacaq”.

 

Firuzə Əliyeva

Fotolar: Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...