“Təbii ki, İsrailin müdafiə hüququ var, amma...” - Putin
“İsrail görünməmiş hücuma məruz qalıb və təbii ki, onun müdafiə hüququ var”.
Sfera.az bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasında deyib. O, fikirlərini bu cür davam etdirib:
“Tezliklə atəşkəs əldə etməyə və yerlərdə vəziyyətin sabitləşməsi üçün kollektiv səylərə ehtiyac var. Rusiya bütün konstruktiv fikirli tərəfdaşlarla koordinasiyaya hazırdır. Biz Fələstin-İsrail münaqişəsinin danışıqlar yolu ilə həllinə alternativ olmadığına inanırıq”.
Rusiya lideri həmçinin, Qəzzada ehtimal edilən quru əməliyyatı planlarından da söz açıb: “Biz bu haqda məlumatlar eşidirik. Amma İsrailin Qəzza zolağında quru əməliyyatı keçirməsi bütün tərəflər üçün ciddi nəticələrə gətirib çıxaracaq. Fikrimcə, ağır texnika olmadan belə əməliyyatı həyata keçirmək də çətindir. Ən əsası odur ki, dinc əhali arasında itkilər qətiyyən yolverilməzdir. Orada 2 milyona yaxın insan yaşayır. İndi əsas məsələ qan tökülməsini dayandırmaqdır”.
Günay