Şimali Koreya ABŞ-ni hədələdi
Şimali Koreya ABŞ-ni strateji aktivlərinə güclü zərbə vuracağı ilə hədələyib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ABŞ-nin “USS Ronald Reagan” təyyarədaşıyan gəmisini Cənubi Koreya və Yaponiya ilə birgə təlimlərə cəlb etməsi olub.
Şimali Koreya bundan sonra Koreya yarımadasında yerləşdirilən ABŞ-nin strateji aktivlərinə güclü zərbə vuracağı ilə bağlı məlumat yayıb .
Rəsmi Pxenyan hesab edir ki, ABŞ-nin Koreya yarımadasına davamlı olaraq müxtəlif strateji silahlar ötürməsi hərbi təxribatdır. Buna görə də KXDR silahlı qüvvələri ABŞ və onun əlaltılarının Koreya yarımadasında nüvə müharibəsi yaratmaq üçün olan cəhdlərini ardıcıl olaraq dəf edəcək.
Bundan əvvəl, ABŞ Cənubi Koreya və Yaponiya ilə son 7 il ərzində ilk birgə hərbi dəniz təlimləri üçün Koreya yarımadasına bir qrup təyyarədaşıyan gəmi göndərmişdi . Bildirilir ki, təlimin əsas məqsədi Şimali Koreyadan raket sınaqları ilə bağlı təhdidləri işləyib hazırlamaq olub.
Əzizə