Mingəçevir su anbarında 1 nəfər BATDI

Cəmiyyət
12:41 / 13.10.2023
3441
Samux rayonunda, "Mingəçevir" su anbarında 1 nəfər batıb.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Batan şəxsin axtarışları aparılır.