Üçüncü Dünya müharibəsi başlayıb? – ABŞ savaşın içindədir, İran isə...

Üçüncü Dünya müharibəsi başlayıb? – ABŞ savaşın içindədir, İran isə...

Misir Prezidenti Əl Fəttah-əl Sisi Fələstinlə İsrail arasında vasitəçilik təklifi edib. Daha əvvəl Türkiyə də oxşar təkliflə çıxış etmişdi.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, indiki halda Misir və Türkiyənin təklifinin qəbul olunacağı inandırıcı deyil:

 

“Xüsusilə İsrail buna razı olmaz. Çox böyük ehtimalla savaş uzun çəkəcək. ABŞ artıq İsrailə hərbi yardımlar göndərir. Yəni müharibədə Vaşinqtonun da maraqları var. Odur ki, Ağ Ev məqsədinə nail olanadək müharibənin başa çatmaması üçün əlindən gələni edəcək”.

 

Müsahibimiz qeyd edib ki, gələcəkdə İranın da Qəzzadakı müharibəyə cəlb olunması mümkündür:

 

“Rəsmi Tehranın bəyanatları onu deməyə əsas verir ki, bu dövlət lazım gələrsə, HƏMAS -ı dəstəkləməyə hazırdır. Hazırda dünyada faktiki olaraq Üçüncü Dünya Müharibəsi gedir. Bu, proksi savaşdır, dünyanın xəritəsi dəyişir. Davam edən müharibələrin fonunda ayrı-ayrı dövlətlər yox, ya Qərb ya da Şərq koalisiyası qalib gələcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR