Bayden Trampın HƏDƏFİNDƏ: “Prezidentlik dövrü bitənə qədər bunları etməlidir”

Bayden Trampın HƏDƏFİNDƏ: “Prezidentlik dövrü bitənə qədər bunları etməlidir”

“Keçmiş ABŞ prezidenti Donald Tramp dünyada baş verən bütün mənfi hadisələrlə bağlı Bayden və onun administrasiyasını günahlandırır. Buna səbəb isə onun növbəti dəfə prezident seçkilərinə hazırlaşmasıdır”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O xatırladıb ki, Tramp HƏMAS qruplaşmasının İsarilə hücumunu ABŞ-nin zəifliyi kimi qiymətləndirib:

 

“Tramp hesab edir ki, İsrailə hücum dünyada ABŞ-nin gücünə inamın azalmasına görə baş tutub. O bildirib ki, prezident seçkisində qələbə qazanarsa, İsrailə dəstəyini artıracaq, Fələstinə isə heç bir dəstək verməyəcək. Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı da fərqli mövqeyə malikdir. Onun fikrincə, ABŞ Ukraynanı dəstəkləməkdən imtina etməlidir. “Niyə zəif prezident Co Bayden Avropanı Ukraynaya lazım oln maliyyəni ayırmağa məcbur edə bilmir” sualını səsləndirən Tramp Rusiya-Ukrayna müharibəsinin maliyyə yükünün Vaşinqtonun üzərindən götürülməsini vacib hesab edir. Bu, o deməkdir ki, Donald Tramp növbəti seçkidə qələbə qazanarsa, ABŞ-nin Ukraynaya maliyyə və hərbi yardımı azala bilər. Bu isə Ukraynanı ağır vəziyyətə sürükləyəcək”.

 

Ekspert bildirib ki, Bayden Ukrayna savaşında dönüş yaratmaq istəyirsə, prezidentlik müddəti bitənə qədər bunu reallaşdırmalıdır: 

 

“Tramp Rusiya-Çin ittifaqına görə də Bayden və ondan əvvəlki prezident Barak Obamanın məsuliyyət daşıdığını bildirib. O qeyd edib ki, Vaşinqtonun siyasəti Moskva ilə Pekinin yaxınlaşmasının qarşısını almaq üzərində qurulmalıdır. Tramp bu məsələdə haqlıdır. Rusiya-Çin ittifaqı ABŞ-yə əlavə problemlər yaradıb. Moskva və Pekin yalnız ittifaqla kifayətlənmir, beynəlxalq məsələlərdə mövqelərini yaxınlaşdırırlar. Ancaq bu o demək deyil ki, Tramp prezident seçilərsə,  Çin-Rusiya ittifaqını zəiflədə biləcək. O, prezident olduğu illərdə Çinə qarşı iqtisadi məhdudiyyətlərin təşəbbüskarı olub”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verdi

Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarların (təmərküzləşmədə...

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

Ölkənin birinci bankı “Kapital Bank” gənclərin inkişafına və karyera yollarında uğur qazanmalarına dəstək olmaq məqsədilə müxtəlif təlimlər təş...

Baş nazir qərar imzaladı

Nazirlər Kabineti “Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib.  ...

Bu malların bahalaşması Azərbaycanın ixracını ARTIRDI - RƏQƏMLƏR

Azərbaycanın ixrac etdiyi qeyri neft-qaz malları kəskin şəkildə bahalaşıb.   Sfera.az xəbər verir ki, ixrac olunan qeyri neft-qaz məhsullarının qiym...

Zakir Həsənov türkiyəli generalla görüşdü- VİDEO

Dekabrın 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları kom...

"Barselona" De Yonqla yollarını ayırır

İspaniyanın "Barselona" komandası futbolçusu Frenki de Yonq ilə yollarını ayırmağı hazırlaşır.   Sfera.az xarici mətbuata istinadən xə...