\"Qəzzaya qarşı hərbi cinayətlər dayanmasa...\" - İran-İsrail müharibəsi BAŞLAYIR?

\

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsrailin Qəzzaya qarşı hərbi cinayətlərinin davam edəcəyi təqdirdə yeni cəbhənin açılmasının mümkün olduğunu bildirib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Abdullahiyan Livana səfəri zamanı Beyrut Beynəlxalq Hava Limanında keçirdiyi mətbuat konfransında İsrailin Qəzzaya hücumları ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

 

"Biz Beyruta digər müsəlman dövlətləri ilə birlikdə İsrailin Qəzza xalqına qarşı törətdiyi qətllərə daha dözməyəcəyimizi yüksək səslə bəyan etmək üçün gəldik", - nazir bildirib.

 

Qeyd edək ki, Abdullahiyan bu gün Baş nazir Necib Mikati, parlament sədri Nebih Berri və livanlı həmkarı Abdullah Buhabib ilə görüşəcək.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR