Putinin doğum hekayəsi - Hər şey bir cüt qanlı ayaqqabı ilə başlayıb

Putinin doğum hekayəsi - Hər şey bir cüt qanlı ayaqqabı ilə başlayıb

Uzun müddətdir davam edən Rusiya-Ukrayna gərginliyi fonunda dünyanın ən çox danışılan adlarından biri Putindir.
 

Bütün dünya Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq edərkən, Putinin keçmişi ilə bağlı təfərrüatlar da maraq doğurur.
 

Dünyanın pis, yaxşı ən güclü liderlərindən biri olan Rusiya prezidenti Vladimir Putinin İkinci Dünya Müharibəsində anasının ayaqqabısı sayəsində ölümdən qaçması hekayəsi eşidənləri dərindən təsirləndirib. II Dünya Müharibəsində valideynlərinin yaşadıqları hər kəsi təəccübləndirib.
 

Sfera.az Putinin doğum hekayəsini təqdim edir.


2015-ci ildə “Vətən Müharibəsi” hesab edilən İkinci Dünya Müharibəsinin bitməsinin 70-ci ildönümü qeyd edilərkən, Putin “Rus Pioneri” jurnalı üçün ailəsinin müharibə təcrübələrindən bəhs edən məqalə yazıb.
 

Putin bu xatirələrdən bəzilərini ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintona da danışıb. Klinton “Çətin seçimlər” adlı kitabında Putinin anasının yaşadıqlarını qələmə yazıb.
 

“Bəlkə də bir cüt ayaqqabı dünyanın taleyini dəyişdi”.


Qanlı Ayaqqabı Hər şeyi dəyişdirib


İkinci Dünya Müharibəsi idi. Döyüş bölgəsini tərk edərək doğulduğu Leninqrada (Sankt-Peterburq) gələn əsgər evinin yerləşdiyi küçəyə doğru irəliləyərkən almanların bombardmanda öldürdüyü insanlar daşıyan yük maşını ilə qarşılaşıb.
 

Ölənlər kütləvi dəfn olunmaq üçün qəbiristanlığa aparılıb. Meyitlərin arasında əsgərin diqqətini çəkən bir şey var idi: ayaqqabı…
 

“Gördüyü ayaqqabı həyat yoldaşı üçün aldığı ayaqqabıya bənzəyirdi. Evə gedib-getməməkdə tərəddüd etdikdən sonra məmura ayaqqabını geymiş ölü adamı görmək istədiyini dedi”.
 

Məmur icazə verib. Əsgər yük maşınının yanına qalxdı, cəsədə baxdı və gördüyü adam onun həyat yoldaşl idi.
 

Gənc adam cəsədin onun həyat yoldaşı olduğunu bildirib.


“O, zabitə dedi ki, cəsəd onun həyat yoldaşıdır və onu özü götürüb dəfn etmək istəyir”.
 

Cəsəd məmurun köməyi ilə götürülüb. Əsgər arvadının çətinliklə nəfəs aldığını görüb və onu dərhal xəstəxanaya çatdırıb. Aparılan müdaxilələr nəticəsində qadın xilas edilib, sağalıb və normal həyata qayıdıb.


Sonra Putin Doğuldu..
 

“Həmin gün az qala ölən qadın hamilə qaldı və 1952-ci il oktyabrın 7-də Rusiya prezidenti Vladimir Vladimiroviç Putini dünyaya gətirdi”.
 

“Belə bir təsadüf mümkündürmü?



İnsan şüurunun qəbul etməsi çətin olan dramlar ən gözlənilməz yerlərdə və vaxtlarda baş verə bilirmiş.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR