Adil Kərimli türkmənistanlı həmkarı ilə görüşdü - FOTOLAR

Adil Kərimli türkmənistanlı həmkarı ilə görüşdü - FOTOLAR

Oktyabrın 12-də Mədəniyyət Nazirliyində Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib.

 

Sfera.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, görüşdə nazir Adil Kərimli Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Deyib ki, iki ölkənin rəhbərləri arasında səmimi dostluq münasibətləri qardaş respublikalarımızın əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bu da öz növbəsində, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də münasibətlərin inkişafına mühüm zəmin yaradıb. Eyni zamanda, xalqlarımızı dərin milli köklər, qədim və zəngin mədəni yaxınlıq biri-birinə bağlayır. Mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün qarşılıqlı mədəniyyət günlərinin təşkili və bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov səmimi qəbula, qonaqpərvərliyə, eləcə də Türk dünyasının birliyinə, mədəniyyətlərimizin qarşılıqlı tanınmasına, təbliğinə xidmət edən tədbirlərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

 

Türkmən nazir mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu, gələn ilin aprel ayında Bakı və Gəncə şəhərlərində Türkmənistan mədəniyyəti günlərinin keçirilməsinin planlaşdırıldığını deyib. O, IV “Korkut Ata” Türk Dünyası Film Festivalının Türkmənistanın Anev şəhərində keçirilməsi qərarının böyük məmnunluq doğurduğunu da vurğulayıb.

 

Nazir Adil Kərimli sabah Şuşada işə başlayacaq I Türk Dünyası Mədəniyyət Forumunun xalqlarımızın qədim tarixi-mədəni irsinin qarşılıqlı təbliği və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini qeyd edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Türkmənistan nümayəndə heyəti oktyabrın 13-14-də “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib. Forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

 


OXŞAR XƏBƏRLƏR

Həbsdə olan bəstəkar bu müğənnilərə mahnılarını oxumağa QADAĞA QOYDU

6 ildən artıqdır həbsdə olan tanınmış bəstəkar və şair Tural Bayraməliyev bəzi müğənnilərə mahnılarını oxumağa qadağa qoyub.   Sfera.az xəbər verir k...

Bakıda ağaclarda Amerika kəpənəklərinin sayı çoxalıb, bu ərazi nəzarətə götürüldü - VİDEO

Son günlər paytaxtda Amerika ağ kəpənəyinin tırtıllarının artması müşahidə olunub.   Sfera.az-ın məlumatına görə, bu, Binəqədi rayonu, 7-ci mikrorayo...

Sərnişinlərin qulaqlarından və burnundan qan açıldı: Təyyarə təcili eniş etdi

Yutadan Oreqon ştatının Portland ştatına uçan təyyarədə təzyiq problemləri uçuşu sərnişinlər üçün qorxulu yuxuya çevirib. Uçuş zamanı sərnişinlərin qulaqlarında...

Kassano Ronaldunu sərt tənqid etdi: "O, futbol oynamağı bacarmır"

İtaliya millisinin və "Real Madrid"in sabiq hücumçusu Antonio Kassano Portuqaliya millisinin ulduz hücumçusu, vaxtilə kral klubunda çıxış edən, indi i...

COP29-la bağlı nəqliyyatda mühüm YENİLİK

"COP29-la bağlı nəqliyyat konsepsiyası hazırlanıb".   Bu sözləri COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin direktoru Orxan Mahmu...

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...