“Stalin xain olub” - Ramzan Kadırov

“Stalin xain olub” - Ramzan Kadırov

Çeçenistanın rəhbəri Ramzan Kadırov Sovet İttifaqının keçmiş lideri İosif Stalini xain adlandırıb.
 

Sfera.az xəbər verir ki, Qroznının 205 illiyi şərəfinə keçirilən tədbirdə təbrik nitqində Kadırov Stalini “satqın” adlandırıb. Çeçenistan liderinin çıxışı Vaynax Dövlət Televiziya və Radio Yayımları Şirkətinin teleqram kanalında dərc olunub.


Kadırov Stalinin çeçenlərə qarşı repressiyalarını xatırladıb və təəssüflə bildirib ki, o vaxt xalqın məsuliyyətini üzərinə götürəcək heç kim olmayıb.
"Bu gün heç kim deyə bilməz ki, çeçenlər satqındırlar. İosif Stalin təkcə çeçen xalqını deyil, həm də digər müxtəlif xalqları repressiyaya məruz qoymuş satqın idi"- Kadırov deyib.


Kadırov həmçinin Stalin dövründə Çeçenistanda respublika və xalq üçün məsuliyyət daşıyan olmadığını, bu gün isə kollektiv və məsuliyyətli qərarlar qəbul edən bütöv bir komanda yarandığını deyib.


Qeyd edək ki, Stalinin çeçenlərə qarşı repressiyalarını tənqid etmək Kadırovun ən sevimli mövzularından biridir. 2017-ci ildə o, SSRİ liderinin çeçen xalqını məhv etmək və onun yaddaşını yer üzündən silmək istədiyini də bildirib.



2023-cü ilin fevralında, 1944-cü ildə çeçenlərin Sibir və Qazaxıstana kütləvi qovulmasının ildönümündə Kadırov “lənətə gəlmiş Stalinin” çeçen və inquş xalqlarına qarşı aşkar cinayət və dəhşətli soyqırım törətdiyini dilə gətirib.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul etdi - FOTOLAR

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.   Sfera.az xəbər veri...

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verdi

Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarların (təmərküzləşmədə...

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

Ölkənin birinci bankı “Kapital Bank” gənclərin inkişafına və karyera yollarında uğur qazanmalarına dəstək olmaq məqsədilə müxtəlif təlimlər təş...

Baş nazir qərar imzaladı

Nazirlər Kabineti “Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib.  ...

Bu malların bahalaşması Azərbaycanın ixracını ARTIRDI - RƏQƏMLƏR

Azərbaycanın ixrac etdiyi qeyri neft-qaz malları kəskin şəkildə bahalaşıb.   Sfera.az xəbər verir ki, ixrac olunan qeyri neft-qaz məhsullarının qiym...

Zakir Həsənov türkiyəli generalla görüşdü- VİDEO

Dekabrın 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları kom...