Röya Zaurun oğlunun sualına belə cavab verdi: "Olmaz, ayıbdır" - VİDEO

Röya Zaurun oğlunun sualına belə cavab verdi:

Teleaparıcı Zaur Kamalın oğlu canlı yayıma çıxıb.

 

Sfera.az xəbər verir ki, o, “Həmin Zaur” proqramında Bartu Xalq artisti Röya Ayxana müxtəlif suallar ünvanlayıb:

 

- Belə ulduz olacağınıza inanırdınızmı?

 

- Mən həmişə inanmışam ki, bir şey olacağam. Ulduz oldum.

 

- Röyanı xalqa sevdirən nə oldu?

 

- Özü kimi olmağı.

 

- Sizi bu qədər sevən var, bəs siz onların içində birini tapıb sevmirsiniz?

 

- Səni sevmək istəyirəm. Deyəsən, kanala təzə gəlmisiniz, cavan oğlan.

 

- 200 min dolları bir yerdə görmüsünüz?

 

- Heç vaxt. Mən ümumiyyətlə, toyda da pulları görmürəm, hamısını Kənan görür.

 

- Röya xanım, Bakıda neçə eviniz var?

 

- Deyə bilmərəm. Olmaz, ayıbdır.

 


OXŞAR XƏBƏRLƏR