Qəzza zolağının blokadası terror aktı deyil - Avropa Komissiyası

Qəzza zolağının blokadası terror aktı deyil - Avropa Komissiyası

Avropa Komissiyası İsrailin Qəzza zolağının tam blokadasını pisləyə və bunu terror aktı adlandıra bilməz. İsrail tərəfinin hərəkətlərini Rusiyanın Ukraynanın enerji infrastrukturuna 2022-ci ildə başlayan hücumları ilə müqayisə etmək də düzgün deyil.

 

Sfera.az bildirir ki, bunu bu gün Brüsseldə keçirdiyi brifinqdə Avropa Komissiyasının nümayəndəsi Erik Mamer deyib.
 

AK sözçüsü Erik Mamerin sözlərinə görə, İsrail qüvvələrinin hərəkətlərini Rusiyanın Ukraynanın infrastrukturuna hücumları ilə müqayisə etmək düzgün deyil, çünki Rusiya Federasiyasına münasibətdə söhbət qonşu ölkəyə səbəbsiz hücumdan gedir. Konfrans zamanı italyan jurnalist Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin sözlərini xatırladıb. O, Rusiya qüvvələrinin Ukraynanın infrastrukturuna hücumlarını ittiham edərək, onları hərbi cinayətlər adlandırıb.
 

Öz növbəsində Mamer qeyd edib ki, fon der Leyenin bəyanatı çox konkret kontekstdə verilib və bu halda söhbət BMT Təhlükəsizlik Şurasının üzvü olan bir ölkənin qonşu müstəqil dövlətə əsassız hücumundan gedir.
 

“Xatırladım ki, Qəzza zolağından İsrailə hücumlar davam edir və İsrail elə bir vəziyyətdədir ki, son dərəcə çətin əməliyyatlar meydanında özünü müdafiə edir”-deyə Mamer bildirib.
 

Avropa rəsmisi əlavə edib ki, Qüdsün hərəkətlərini qiymətləndirmək və israillilərin HƏMAS terrorçularına qarşı necə hərəkət etməli olduğunu dəqiq müəyyən etmək hələlik mümkün deyil. Onun sözlərinə görə, Aİ yalnız beynəlxalq hüquq normalarına riayət etməyə çağıra və mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün hər cür səy göstərə bilər.
 

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağına su, elektrik enerjisi və yanacaq verilməsini dayandırmaqla yanaşı, zərbələri davam etdirir.
İqtisadiyyat naziri İsrael Katsın sözlərinə görə, İsrailin Qəzzaya humanitar yardım göstərmək planı yoxdur.
Onun sözlərinə görə, HƏMAS israilli girovları azad etməyincə Qəzzaya hər hansı humanitar yardımdan söhbət gedə bilməz.
 

Qeyd edək ki, İsrail yaraqlılar israilli girovları azad edənə qədər Qəzza zolağına su, elektrik enerjisi və yanacaq verilməsini dayandırıb. Bu barədə İsrailin energetika naziri İsrael Kats X sosial şəbəkəsində məlumat verib.
 

"Qəzzəyə humanitar yardım? Qaçırılan israillilər evlərinə dönənə qədər bir dənə də olsun elektrik açarı, bir dənə də olsun su hidrantı açılmayacaq və bölgəyə bir dənə də yanacaq tankeri girməyəcək"- o yazıb.
 

Kats əlavə edib ki, heç kim İsrailin tədbirlərini müzakirə edə və əxlaq dərsi keçə bilməz.


Qeyd edək ki, oktyabrın 11-də məlum olub ki, yerli elektrik stansiyasında yanacaq ehtiyatları tükəndiyi üçün Qəzza zolağına elektrik enerjisinin verilməsi tezliklə dayandırıla bilər.
 

"Səlahiyyətlilər elektrik stansiyasının yanacağı tükəndiyi üçün yerli vaxtla saat 14:00-da elektrik enerjisinin kəsiləcəyi ilə bağlı xəbərdarlıq edib. Bir saat sonra isə elektrik enerjisi tamamilə kəsilib. Elektrik enerjisi olmayan xəstəxanalar qəza generatorlarına bel bağlamaq məcburiyyətində qalacaqlar"-mesajda ​​deyilir.
 

Bundan əlavə, hündürmərtəbəli binalarda su olmayacaq, liftlər işləməyəcək.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR