“Zəfərin Rəngi” adlı rəsm müsabiqəsi elan edildi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyi “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş “Zəfərin Rəngi” adlı rəsm müsabiqəsini elan edir.
Qeyd edək ki, 8 Noyabr xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı. Bu tarix Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazanıldı.
“Zəfərin Rəngi” rəsm müsabiqəsinin məqsədi gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onlarda vətənpərvərlik ruhunun daha da artırılması, tarixi qələbəni gənclərin gözü ilə görmək və onların inkişafını dəstəkləməkdən ibarətdir.
Müsabiqə həvəskar və peşəkar kateqoriyaları üzrə keçirilir. Layihədə 16-25 yaş aralığında gənclər iştirak edə bilərlər. İştirakçılar son qəbul tarixi - 25 oktyabra qədər əsərlərini çərçivəli şəkildə Muzey Mərkəzinə hər gün saat 10:00-dan 17:00-dək təqdim edə bilərlər. Əsərlərin ölçüsü 50x60-dan kiçik olmamalıdır. İşləmə texnikası isə sərbəstdir. Layihədə hər kateqoriya üzrə 3 yer nəzərdə tutulub.
Müsabiqənin yekun nəticələri Muzey Mərkəzində təşkil olunan sərgi zamanı baş tutacaq. Ətraflı məlumat üçün +994507175755 və ya +994557175755 nömrəsi ilə əlaqə saxlamaq olar.